Dünya azərbaycanlıları həmrəyliyi
bayram edir
Ukrayna Nazirlər Kabinetinin Qəbullar Evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib. Azərbaycanın səfirliyi və “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirin bədii hissəsində dünya şöhrətli sənətkar Rəşid Behbudovun bacısı oğlu, müğənni Cəfər Behbudov Azərbaycan və Ukrayna bəstəkarlarının mahnılarını ifa edib. Kiyevdə 1 nömrəli Qafqaz xalq rəqsləri məktəbinin “Qafqaz” ansamblının ifasında Azərbaycan xalq rəqsləri də tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib. Qonaqlara Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunub.
* * *
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
Azərbaycan İsveç
Federasiyasının təşkilatçılığı və
ölkəmizin İsveçdəki səfirliyinin dəstəyi
ilə Stokholmda bayram konserti keçirilib. Tədbirdə
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov,
səfirliyin əməkdaşları, Azərbaycan və türk diasporlarının, İsveç
ictimaiyyətinin nümayəndələri iştirak
ediblər. Rəsmi hissədən sonra tədbirdə
müğənni Könül Məmmədlinin
rəhbərlik etdiyi musiqi
qrupu muğam, xalq mahnıları və milli
rəqslərlə müşayiət olunan
konsert proqramı ilə
çıxış edib.
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 12.