10 yaşlı pianoçunun uğuru
18-20 dekabr tarixində Belçikanın Brüssel şəhərində keçirilən gənc pianoçuların “Sezar Franck” beynəlxalq müsabiqəsində G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi Dilbər Ağaməmmədova respublikamızı təmsil edib.
Müsabiqədə 10-dan çox
ölkədən gənc musiqiçilər iştirak
ediblər. Yarışma iki turdan ibarət
idi. Dilbər I turda İ.S.Baxın
“Simfoniya” (3 səsli invensiya b-dur) və V.Mustafazadənin
“Mart” əsərlərini, ikinci
turda İ.Haydnın
“Sonata” (F-dur I hissə),
F.Qriqin “Etüd”, E.Nəzirovanın “Prelüd”
(b-dur) və F.Şumanın “Fantastik rəqs” əsərlərini
uğurla ifa edərək müsabiqənin
laureat adını qazanıb.
Münsiflər heyətinin üzvü
Yuri Boqdanov ustad dərsi keçib. Gənc pianoçu
ustad dərsində İ.S.Bax, İ.Haydn və F.Şumanın əsərlərini ifa edib.
Dilbərin müəllimi Bakı Musiqi Akademiyasının professoru Siala Sinamdzqvarişvilidir.
Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 11.