Uşaqlara sevgi və sənət aşılayan məkan

 

Uşaqların mənəvi-estetik tərbiyəsində, incəsənətə, yaradıcılığa sevgi ruhunda formalaşmasında yaradıcı təşkilatların, sənət tədrisi ocaqlarının rolu danılmazdır. Bu baxımdan ölkəmizdə istedadlı uşaqların üzə çıxarılaraq müxtəlif yaradıcı sahələrə istiqamətləndirilməsi diqqət mərkəzindədir. Belə sənət ocaqlarından biri də Azərbaycan Dövlət Uşaq Filarmoniyasıdır.

 

25 illik yubileyinə hazırlaşan, mədəniyyət müəssisələri, musiqi məktəbləri, yaradıcılıq ittifaqları və digər təşkilatlarla sıx əlaqədə fəaliyyət göstərən Uşaq Filarmoniyasının yetirmələrinin sorağı müxtəlif konsert salonlarından, beynəlxalq müsabiqələrdən gəlir. Filarmoniyanın direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva ilə söhbətimizdə də bu məqamlara toxunduq.

Çoxşaxəli fəaliyyətlərindən söz açan həmsöhbətim uşaqların bədii-estetik inkişafı, istedadlarının üzə çıxarılması istiqamətində daim sistemli apardıqlarını deyir: “İl ərzində Uşaq Filarmoniyasında 4 yaşından 18 yaşınadək 500-dən artıq uşaq fəaliyyət göstərir. Onlar folklor, mahnı və rəqs, xalq çalğı alətləri, kamera, nəfəsli alətlər ansamblları, eləcə də xorteatr kollektivlərində, “Bacarıqlı əllər” rəsm dərnəyi, uşaq gənclər simfonikxalq çalğı alətləri orkestrləri kimi kollektivlərdə sənət bilgi və bacarıqlarını genişləndirirlər. Tədrisi respublikanın tanınmış incəsənət xadimləri aparırlar. İstedadlı uşaqlarımız beynəlxalq, respublika festival və müsabiqələrində iştirak edib, laureat adlarını qazanıblar. Fransa, Şotlandiya, İngiltərə, Avstriya, Türkiyə, Rusiya, Latviya, Moldova, Qırğızıstan, Qazaxıstan, Gürcüstan kimi ölkələrin möhtəşəm konsert salonlarında öz məharətlərini yüksək səviyyədə göstərən fəallarımız eyni zamanda dövlət tədbirlərinin də daimi iştirakçısıdır”.

Direktor filarmoniya nəzdindəki kollektiv və dərnəklərin fəaliyyəti barədə də məlumat verdi.

Bu kollektivlərdən biri filarmoniyanın nəzdində 2013-cü ildən bəri fəaliyyət göstərən uşaq teatr studiyasıdır. Bu illər ərzində "Cırtdanın nağılı", "Bremen musiqiçiləri", "Yeni il səyahəti", "Nağıllar aləmində" tamaşalarını hazırlayan studiya uşaqlara teatr estetikası, teatr sevgisi aşılayır: “Ümidvarıq ki, teatrda məşğul olan uşaqlar gələcəkdə qəlblərində teatr sevgisini daşımaqla kamil bir vətəndaş, yüksək estetik zövqə malik bir insan kimi yetişəcəklər”.

Uşaq Filarmoniyasında xalq rəqslərimizə, mahnı və muğamlarımıza hər zaman məxsusi diqqət ayrılır. Müsahibim bildirir ki, 1991-ci ildə Dövlət Uşaq Filarmoniyasında təşkil olunan rəqs kollektivində 4 yaşından 16 yaşınadək 250-dən çox uşaq məşğul olur. Burada xoreoqrafik rəqslər bir-birindən fərqlənir. Rəqs ansamblı fəaliyyət göstərdiyi illər ərzində bir çox müsabiqələrdə iştirak edib, dəfələrlə müxtəlif mükafatlarla təltif olunub. Bu gün uşaqların bir çoxu professional rəqs kollektivlərində öz istedadlarını nümayiş etdirirlər.

"Şəms" uşaq xoru 2012-ci ildən fəaliyyət göstərir. Kollektivə 4-10 yaş arası uşaqlar qəbul olunur. Xorun repertuarına Azərbaycan, rus, alman ingilis dillərində mahnılar daxildir. Xorda ifa etmək onların davranışlarına, mədəni-estetik tərbiyəsinə müsbət təsirini göstərir: “O uşaqlar gələcəkdə başqa bir sənətin sahibi olsalar da, öz dünyagörüşləri ilə daim seçiləcəklər”.

"Sədəf" xalq çalğı alətləri ansamblı da filarmoniyanın ilk kollektivlərindəndir. Ansamblda uşaqlar xalq musiqisinə daha yaxından yiyələnmək imkanına malikdirlər. Belə ki, muğamın incəliklərini, xalq bəstəkar mahnılarının ifası müşayiətini öyrənirlər. Ansambla Bakının müxtəlif musiqi məktəblərindən şagirdlər həvəslə maraq göstərir ansamblın fəaliyyətində yaxından iştirak edirlər. Ansamblın solistləri dəfələrlə beynəlxalq müsabiqə festivallarda uğurla Azərbaycan milli musiqisini təmsil ediblər. Repertuara muğam, təsnif rənglər, zərb muğamlar, xalq bəstəkar mahnıları daxildir.

2012-ci ildən fəaliyyət göstərən kamera ansamblı isə adından da göründüyü kimi klassik simli alətlərdən ibarətdir. Şəhərimizin müxtəlif musiqi məktəblərinin şagirdləri burada böyük həvəslə məşğul olurlar. İl ərzində filarmoniyanın hesabat konsertlərində ansambl milli dünya bəstəkarlarının əsərlərini müvəffəqiyyətlə ifa edirlər. Azərbaycan Dövlət Uşaq Filarmoniyasında uşaqların aktiv fəaliyyəti gələcək nəsillərin musiqi dünyagörüşünün inkişafına böyük təsir göstərəcək.

Dilarə xanım iki ilə yaxındır fəaliyyət göstərən nəfəsli alətlər ansamblı haqqında da məlumat verdi. Qeyd etdi ki, ansambl filarmoniyanın nəzdində kamera ansamblı ilə birlikdə musiqilər hazırlayıb konsertlərdə çıxış edirlər. Ansamblda fleyta, qoboy, klarnet, faqot, truba trombon kimi alətlərdən istifadə olunur. Uşaqların böyük həvəslə çalışması konsertlərin yüksək səviyyədə keçməsinə səbəb olur. Beləcə, uşaqlarda məsuliyyət yaradıcılıq meylləri artır. Ansamblda 8 yaşından 18 yaşadək olan uşaqlar ifa edirlər.

Filarmoniyanın nəzdindəBacarıqlı əllərrəsm dərnəyi fəaliyyət göstərir. Uşaqlar burada sənətin incəlikləri ilə tanış olurlar. Bununla da yeni yaradıcılıq meylləri artır, təbiətlə ünsiyyətdə olurlar. Uşaqlar artıq dünyaya rənglərlə baxırlar. Bu onların gələcək fəaliyyətlərində həyat düşüncələrini dərinləşdirir. Dərnəkdə rəngkarlığın müxtəlif çalarları: qrafika, rəngli boya, sulu boya, yağlı boya, rəngli karandaş, qarışıq texnika, vitraj s. müxtəlif plastik materiallardan, düymələrdən istifadə olunur.

Uşaqlarla işləməyin çətin məsuliyyətli olduğunu deyən D.Əliyeva deyir ki, hər işin başında sevgi, o işə bağlılıq dayanır o sevgi sayəsində uğura nail olmaq mümkündür. Bu mənada Uşaq Filarmoniyasında zəhmətsevər, işinə məsuliyyətli müəllimlər çoxdur. Buna görə uğurların sorağı bir-birinə calanır. Biz buna inanır bu böyük kollektivə yeni-yeni nailiyyətlər arzulayırıq.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 9.