Kiçik qəlbin böyük duyğuları”

 

Dekabrın 25-də Qax Rayon Dövlət Rəsm Qalereyasında balaca rəssam Nicat Xəlilzadənin ilk fərdi sərgisi açılıb. “Kiçik qəlbin böyük duyğuları” adlı sərgidə 40-dək əl işi nümayiş olunub.

Tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru D.Əzizova açaraq Nicatı təbrik edib, ona ilk sərgisi münasibətilə fəxri fərman və xatirə hədiyyəsi təqdim edib.

Nicat Xəlilzadə 2006-cı ildə Qax şəhərində müəllim ailəsində anadan olub. Şəhər 3 nömrəli tam orta məktəbdə oxuyur. Eyni zamanda uşaq incəsənət məktəbinin təsviri incəsənət şöbəsində bu sənətin sirlərini öyrənir. Məktəbdə və rayonda keçirilən müxtəlif rəsm və əl işləri müsabiqələrində iştirak edib.

Sonda iştirakçılar sərgi ilə tanış olublar. İncəsənət məktəbi şagirdlərinin ifasında musiqilər səslənib.

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 7.