İnfoturlar turizmin təbliğində
mühüm vasitədir
Bu işdə ixtisaslaşmış turizm assosiasiyalarının rolu artmaqdadır
Azərbaycanın
turizm potensialının və mədəni
irsinin təbliği sahəsində mühüm istiqamətlərdən biri xarici ölkələrin
kütləvi informasiya vasitələri və
turizm sənayesi nümayəndələri
üçün infotur
və press-tur təşkil edilməsidir.
İl ərzində Mədəniyyət və Turizm Nazirliyi və “Türk Hava Yolları”nın birgə təşkilatçılığı ilə Bosniya və Herseqovinanın aparıcı turizm şirkətlərinin rəhbərləri ölkəmizdə infoturda olublar. Eləcə də Rumıniyanın “TVR” televiziya şirkətinin “Cap Compas” proqramının nümayəndə heyəti Azərbaycana səfər edərək 4 veriliş hazırlanıb.
Həmçinin Argentinanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizə tanışlıq səfəri edib, səfər çərçivəsində hər iki ölkənin turizm sənayesi nümayəndələrinin iştirakı ilə B2B formatında görüşlər təşkil olunub. İsrailin aparıcı turizm şirkətləri və media nümayəndələri, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü ilə fransalı yazıçılar qrupu ölkəmizlə tanış olublar.
Azərbaycanın turizm potensialının Almaniya mətbuatında işıqlandırılması məqsədilə bu ölkənin aparıcı KİV nümayəndələri Bakıya səfərə gəliblər. Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin təşəbbüsü və nazirliyin təşkilatçılığı ilə sözügedən ölkənin bir qrup jurnalisti üçün də tanışlıq səfəri həyata keçirilib.
İl ərzində daxili turizmin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni turizm marşrutlarının yaradılması ilə bağlı müvafiq işlər görülüb. “Azərbaycanda arxeoloji turizm” adlı mədəni turizm marşrutunun yaradılması dəstəklənib və Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətlərinin və media nümayəndələrinin iştirakı ilə infotur keçirilib. Marşrutun proqramı üzrə iştirakçılar müxtəlif dövrlərə aid olan arxeoloji abidələr, qədim yaşayış məskənləri və bölgələrimizin turizm potensialı ilə tanış olublar.
Nazirliyin təşəbbüsü və dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhərində KİV mənsubları üçün tanıtım turu keçirilib.
Nazirliyin Azərbaycan Turizm Assosiasiyası (AZTA), “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi, “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyi və Azərbaycan Konqreslər Bürosu ilə birgə fəaliyyəti müxtəlif turizm növləri üzrə əməkdaşlığa zəmin yaradır.
Nazirliyin dəstəyi ilə AZTA daxili turizmin dəstəklənməsi və təbliğ edilməsi üçün respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin əlverişli şərtlərlə təklif etdiyi ölkədaxili, Novruz və Yeni il turları paketlərini şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə il ərzində üç dəfə mövsüm səyahət yarmarkaları keçirilir.
Nazirlik “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək” İctimai Birliyi ilə birlikdə Qazaxıstanın Almatı şəhərində “KİHE-2015” və Bakıda keçirilən “BİHE 2015” beynəlxalq səhiyyə sərgilərində iştirak edib. Litva, Latviya və Belarusda fəaliyyət göstərən müvafiq müalicə-sağlamlıq turizmi üzrə ixtisaslaşmış təşkilatlar ilə əməkdaşlıq zəminində ölkəmizin bir neçə müalicə-sağlamlıq turizm komplekslərinə infoturlar təşkil edilib.
Eyni zamanda
ölkəmizdə işgüzar
(MİCE) turizmin inkişaf
etdirilməsi məqsədilə dövlət və özəl
sektorun əməkdaşlıq modeli olan Azərbaycan
Konqreslər Bürosunun fəaliyyəti də
il ərzində genişlənib.
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 6.