Səni zəmanə yetirməz dübarə...

 

Dekabrın 28-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli qəzəlxan şair Əlağa Vahidin 120 illik yubileyinə həsr edilən musiqili ədəbi-bədii tədbir keçirilib. Tədbirdən əvvəl Əlağa Vahidə həsr edilən sərgi nümayiş etdirilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov Əlağa Vahidin Azərbaycan ədəbiyyatının, xüsusən qəzəl janrının inkişafındakı misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Füzuli ənənələrinin davamçısı olan şairin qəzəlləri poetik dilin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. O, Nizami, Xaqani və digər şairlərin qəzəllərini farscadan Azərbaycan dilinə tərcümə edib.

Sonda xanəndələrin ifasında muğam üstündə böyük şairin qəzəlləri səslənib.

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 5.