"Kitabi-Dədə
Qorqud"la bağlı
elmi sessiya
AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunda "Kitabi-Dədə
Qorqud" dastanının
elm aləminə bəlli
olmasının 200 illiyinə
həsr edilmiş elmi sessiya keçirilib.
Tədbiri institutun direktoru,
AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu açıb.
Tədbirdə filologiya
üzrə elmlər doktoru, professor Sevil Mehdiyeva “Kitabi-Dədə Qorqud” ənənələri
Azərbaycan xalq dastanlarında”, filologiya üzrə fəlsəfə
doktoru Vahid Zahidoğlu “Qan Turalı boyu”nda bir soylama haqqında”,
filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdi “Kitabi-Dədə Qorqud”da
temporal isimlər”, filologiya
üzrə elmlər doktoru İlhami Cəfərsoy “Oğuz xan - Aran əsilli
Misir fironu”, filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədli
“Kitabi-Dədə Qorqud”un
lüğət tərkibində
maddi-mənəvi leksika”,
filologiya üzrə fəlsəfə doktoru İslam Sadıq “Kitabi-Dədə Qorqud”da şumer sözləri” adlı məruzələrlə
çıxış ediblər.
Soltan
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 5.