Uşaq musiqi və
incəsənət məktəblərində monitorinq
keçirilib
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Bədii təhsil şöbəsinin baş metodisti Rauf İmanov və metodist Zəbulla Quliyev 23-25 dekabr tarixində uşaq musiqi və incəsənət məktəblərində monitorinq keçirilməsi məqsədilə Cəlilabad rayonuna ezam olunublar. Monitorinqdə Cəlilabad, Masallı, Lerik, Biləsuvar, Yardımlı rayon uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə qeyd olunan məktəblər arasında əlaqələrin
inkişafı, tədrisin səviyyəsinin yüksəldilməsi
məqsədilə elmi seminarların təşkili
məsələləri ilə bağlı ətraflı
müzakirələr aparılıb. Monitorinqə dəvət
olunan məktəblərin rəhbərlərinə
Elmi-Metodik Mərkəz tərəfindən
görülən işlər barədə məlumat verilib, yeni tədris
proqramları və metodiki vəsaitlər
təqdim edilib.
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 4.