Nazir Əbülfəs Qarayev
ölkəmizin mədəniyyət və turizm
ictimaiyyətini təbrik edib
Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev 31 dekabr
- Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
respublikamızın mədəniyyət və turizm
ictimaiyyətini təbrik edib.
Təbrikdə deyilir: “Xalqımız və dövlətimiz üçün bir sıra əlamətdar hadisələrlə zəngin olan daha bir il başa çatır. 2015-ci ildə dünyada və əhatəmizdə olan geniş bir coğrafiyada cərəyan edən, müəyyən təsirləri Azərbaycandan da yan keçməyən qlobal maliyyə-iqtisadi böhrana, məlum çətinliklərə rəğmən ölkə həyatının bütün sahələrində, o cümlədən mədəniyyət sahəsində və turizm sektorunda inkişaf tempi davam etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində təmin olunan sosial-iqtisadi tərəqqi, o cümlədən regionların inkişafı, ölkəmizin xarici əlaqələrinin, beynəlxalq təşkilatlarda nüfuzunun möhkəmləndirilməsi həyata keçirilən mədəniyyət layihələrində də özünü göstərmişdir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq festivallar, sərgilər mədəniyyət və incəsənətimizi təbliğ etmək, yeniləşən paytaxtımızı və bölgələrimizin gözəlliklərini dünyaya tanıtmaq baxımdan əlamətdar vəsilə olmuşdur. 2015-ci ildə Azərbaycanda böyük idman bayramı - Birinci Avropa Oyunları keçirilmiş, bu genişmiqyaslı tədbir sayəsində xalqımızın çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi bir daha dünyaya nümayiş etdirilmişdir”.
Təbrikdə qeyd olunur ki, son
illər ölkə rəhbərliyinin diqqət və
qayğısı turizm sənayesinin
genişlənməsinə zəmin yaratmışdır. Bu gün turizm Azərbaycanda qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir. Həyata keçirilən
infrastruktur layihələri,
paytaxtımızda və
regionlarda yeni turizm-istirahət mərkəzlərinin,
hotellərin, xidmət
obyektlərinin istifadəyə
verilməsi həm daxili turizmin inkişafına, həm də xarici turistlərin ölkəmizə
marağının artmasına
səbəb olur.
Bu sahədə aparılan dövlət siyasəti nəticəsində
respublikamızda yay turizm növləri ilə yanaşı, qış turizmi də uğurla inkişaf etdirilir. 2015-ci ildə Azərbaycanın
turizm imkanları müxtəlif ölkələrdə
keçirilən beynəlxalq
sərgilərdə uğurla
nümayiş etdirilmişdir.
Nazirin təbrik
müraciətində ölkəmizin
tolerantlıq məkanı,
multikulturalizm örnəyi
kimi artan rolundan da bəhs
edilir. Vurğulanır ki, Azərbaycanın
multikulturalizm mərkəzi
kimi rolu dünyada yüksək qiymətləndirilir. Bu il
paytaxtımızda 3-cü dəfə
gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, eləcə də İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatı - İSESCO-nun Baş Konfransının və İcraiyyə Şurasının toplantıları
bunu bir daha sübut etdi. Qeyd olunur ki, ölkəmizin dünyada layiqincə tanıdılmasında,
mədəni irsimizin qorunub zənginləşdirilməsində,
xalqımızın qonaqpərvərlik
ənənələrinin yüksək
səviyyədə nümayiş
etdirilməsində mədəniyyət
və turizm sahələrində çalışan
minlərlə vətəndaşımızın
böyük rolu və əməyi vardır.
Təbrikdə daha sonra deyilir: “Artıq neçə ildir ki, Azərbaycan xalqı, müxtəlif ölkələrdə yaşayan
soydaşlarımız yeni
təqvim ilinin gəlişini ikiqat bayramla qeyd edir.
Bu günlər vətən təəssübkeşliyi,
milli-mənəvi dəyərlərə
ehtiram və həmrəylik kimi nəcib hisslər bizi bir-birimizə daha möhkəm bağlayır. 2016-cı ildə ölkəmizin həyatında, eləcə
də mədəniyyət
sahəsində, turizm
sektorunda mühüm hadisələr, yeniliklər,
tədbirlər gözlənilir.
Respublikamızın mədəniyyət
və turizm sahələrində çalışan
bütün insanları,
xalqımızı 31 dekabr
- Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
və Yeni il bayramı münasibətilə təbrik
edir, hər kəsə ailə səadəti, möhkəm
cansağlığı və
yeni uğurlar arzulayıram”.
Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 2.