ATMU-nun tələbələri Vyanada xeyriyyə festivalına qatılıblar
Avstriyanın paytaxtı Vyanada dünyadakı uşaq evlərinə yardım məqsədilə 47-ci Beynəlxalq Bazar Festivalı keçirilib.
BMT-nin Vyana Mərkəzi tərəfindən təşkil edilən tədbirdə müxtəlif dövlətlərin nümayəndə heyətləri ilə yanaşı, Azərbaycan da geniş tərkibdə təmsil olunub. Festivalda Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, diplomatik korpusun əməkdaşları və ailə üzvləri, həmçinin Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində mübadilə proqramı çərçivəsində təhsillərini davam etdirən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Şahin Paşazadə və Əfruz Məmmədova da iştirak ediblər.
Universitetin tələbələri
Azərbaycana aid stendin
tamaşaçılarına ləziz milli
təamlar - plov, dolma,
kabablar, müxtəlif şirniyyatlar
təklif ediblər. Azərbaycan və ölkəmizin
ayrılmaz bölgəsi olan Qarabağ haqqında broşürlər və
sair çap məhsullarının
satışından toplanan vəsait isə
yardım olaraq BMT-nin Vyana Mərkəzi tərəfindən
dünyadakı uşaq evlərinə
göndərilib
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 2.