Fransada Azərbaycanla bağlı
arxeoloji materiallar aşkarlanıb
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi arxeologiya elmi fond şöbəsinin
müdiri, tarix üzrə fəlsəfə
doktoru Nasir Quluzadə Fransa Mədəniyyət və
Kommunikasiya Nazirliyinin maliyyə dəstəyi ilə Paris yaxınlığındakı
Sen-Jermen şəhərindəki
Milli Arxeologiya Muzeyində həyata keçirilən qrant layihəsində iştirak
edib.
O, muzeydə qorunan,
fransız arxeoloqu Jak de Morqanın 1889-1891-ci illərdə Azərbaycan
ərazisində aşkar edərək Fransaya apardığı qədim maddi-mədəniyyət
nümunələrini tədqiq edib. Alim ümumilikdə 548 ədəd qədim əşya
(saxsı qablar, bəzək əşyaları)
ilə bağlı zəruri məlumatları qeydə
alıb. Arxeoloji materialların əksəriyyəti
e.ə. II minilliyin sonlarına - I minilliyin əvvəllərinə aiddir.
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 2.