“Nar
və zəfəran: Azərbaycana kulinariya
səyahəti”
Azərbaycanlı müəllifin kitabı beynəlxalq mükafata layiq görülüb
Azərbaycanlı
müəllif Fəridə Buyuranın “Nar
və zəfəran: Azərbaycana kulinariya
səyahəti” kitabı ABŞ-da
çıxan Şərqi Avropa mətbəxinə
dair kulinariya
kitabları kateqoriyasında “The Gourmand World Cookbook Awards”
mükafatının qalibi elan
edilib.
Müəllif həmin kateqoriyanın başqa ölkələrdən olan qalibləri ilə birlikdə bu ilin iyun ayında Çinin Yantay şəhərində keçiriləcək «Gourmand Best in the World» yarışında iştirak etmək imkanı qazanıb.
«Gourmand Best in the World» mükafatı konyak istehsalı ilə məşğul olan məşhur ailənin üzvü Eduard Konro tərəfindən 1995-ci ildə təsis edilib. O, kulinariyaya və şəraba dair kitabları təbliğ edir, dünyanın hər yerindən məşhur aşpazları təqdim edir.
Ötən ilin oktyabrında oxuculara təqdim olunmuş “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabı ingilis dilində Azərbaycan mətbəxinə dair ilk sanballı nəşrdir. 336 səhifədən ibarət kitab oxuculara 200 ləzzətli qəlyanaltı, salat, şorba, xəmir, ət, tərəvəz yeməkləri, yumurtadan hazırlanmış yeməklər, plov növləri, içki və desert reseptləri təklif edir. Kitaba Fəridə Buyuranın populyar “azcookbook.com” bloqundan seçmə reseptlər də daxildir.
Nəşr Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin və “Practical Solutions Group” şirkətinin dəstəyi ilə çap olunub. Kitabı
Bakıda “Əli və Nino” mağazalar şəbəkəsindən və
www.azcookbook.com və www.amazon.com
saytlarından əldə etmək olar.
Mədəniyyət.- 2015.- 4
fevral.- S. 16.