Türk dünyasının mədəniyyət paytaxtı – 2015

 

Türkmənistanın Marı şəhərində təntənəli mərasim keçirilib

 

Fikrət Babayev: “Bu layihə türk xalqlarının birləşməsinə, bir-birinin zəngin mədəniyyəti ilə tanış olmasına imkan yaradır”

 

Artıq dördüncü ildir ki, TÜRKSOY-unTürk dünyasının mədəniyyət paytaxtı” layihəsi davam edir. 2012-ci ildən həyata keçirilən layihə üzrə ötən müddətdə Astana (Qazaxıstan), Əskişəhər (Türkiyə) və Kazan (Tatarıstan) bu missiyanı yerinə yetirib. 2015-ci ildə Türkmənistanın Marı (keçmiş Mərv) şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı” estafetini qəbul edib.

 

Bu münasibətlə yanvarın 27-də Marı şəhərində təntənəli mərasim və şənliklər keçirilib. “Türk dünyasının mədəni paytaxtı - 2015” ilinin açılış mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrin, türk toplumlarının nümayəndə heyətləri iştirak ediblər. Tədbirlərdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Heyətdə “Cəngi” estrada-folklor ansamblı, xalq tətbiqi sənəti ustaları Pərvanə EyyubovaNahid Vahabov yer alıblar.

Səfər təəssüratını bizimlə bölüşən Fikrət Babayev əvvəlcə Marı şəhərinin türk dünyası üçün tarixi əhəmiyyətini diqqətə çatdırdı: “Bu şəhər türk dünyasının mədəni mərkəzlərindən biri olub. Burada orta əsrlərə aid abidələr və onların izləri qalmaqdadır. Bu gün də Marı şəhəri inkişaf etməkdədir. Çox gözəl infrastruktur yaradılıb, muzeylər, kitabxanalar, mədəniyyət sarayları fəaliyyət göstərir. 2015-ci ildə şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması onun daha da tanınmasına, tarixi-mədəni irsinin təbliğinə zəmin yaradacaq. Ümumiyyətlə, bu layihə türk xalqlarının birləşməsinə, bir-birinin zəngin mədəniyyəti ilə tanış olmasına imkan verən gözəl bir təşəbbüsdür”.

Həmsöhbətim bildirdi ki, şəhərdə təşkil olunan tədbirlər maraqlı məqamlarla yadda qalıb: “Ruhiyyət Sarayı qarşısındakı meydanda teatr artistlərinin və yaradıcı kollektivlərin iştirakı ilə Marı şəhərinin şanlı tarixinə həsr edilmiş musiqili-ədəbi tamaşa göstərildi. Mərasimə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, ölkə parlamentinin deputatları, hökumət nümayəndələri, alimlər, mədəniyyət və incəsənət xadimləri, tələbə-gənclər toplaşmışdı. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Makedoniya, BosniyaHerseqovina, Macarıstan, Bolqarıstan, habelə Rusiya Federasiyasının federal subyektləri - Tatarıstan, Başqırdıstan, Xakasiya, Tuva, Saxa-Yakutiya, Kalmıkiya, Altay diyarı, Moldovanın Qaqauz yeri muxtar bölgəsinin nümayəndə heyətləri iştirak edirdi”.

* * *

Tədbirdə açılış nitqi ilə çıxış edən Prezident Qurbanqulu Berdiməhəmmədov iştirakçıları səmimi salamlayaraq, qədim Marı şəhərinin ümumbəşəri sivilizasiya tarixində xüsusi əhəmiyyətini vurğulayıb. Türkmən xalqının zəngin tarixi, nadir mədəni və mənəvi dəyərlərindən söz açan dövlət başçısı əmin olduğunu bildirib ki, “Marı - Türk dünyasının mədəniyyət paytaxtı - 2015” ilində keçiriləcək tədbirlər xalqların və mədəniyyətlərin qarşılıqlı yaxınlaşmasına və zənginləşməsinə xidmət edəcək.

TÜRSOY-un baş katibi Düsen Kaseinov türk xalqlarının mədəniyyətinin və incəsənətinin qorunub saxlanmasına və inkişafına şərait yaradan dövlətlərarası konstruktiv əlaqələrə verdiyi dəstəyə görə Türkmənistan Prezidentinə dərin minnətdarlığını bildirib. O deyib: “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində fəxri estafeti UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş qədim Mərv - indiki Marı şəhəri qəbul edib. Bu unikal irs Marı şəhərini türk dünyasının mədəni mərkəzi hesab etməyə əsas verir”.

Sonra tədbirin bədii hissəsinə start verilib. Fikrət Babayev bildirdi ki, Ruhiyyət Sarayında keçirilən bayram konsertində AzərbaycanınCəngiestrada-folklor ansamblı, habelə Əskişəhərin (Türkiyə) folklor ansamblı, QazaxıstanınAk jayınmusiqi kollektivi çıxış edib. Cəngiansamblının çıxışı, ifa olunan rəqslər alqışlarla qarşılanıb.

Mukamskripkaçılar ansamblının ifasında türk xalqlarının musiqisindən ibarət popurri qonaqlar üçün xoh hədiyyə olub. Bayram şənliyinin sonunda türkmən xalqının milli mədəniyyətinin harmoniyasının mənəvi gücünün rəmzi sayılanKuştdepdiadlı qədim rəqs ifa olunub.

Marı şəhərininTürk dünyasının mədəniyyət paytaxtıstatusu çərçivəsində keçirilmiş ilk tədbirlərdən biri təsviri, dekorativ-tətbiqi sənət nümunələrinin foto əsərlərinin beynəlxalq sərgisi olub. Marı Vilayəti Tarix-Diyarşünaslıq Muzeyində keçirilən açılış mərasimində çoxsaylı qonaqlar, habelə şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Ekspozisiyada Azərbaycan, Türkiyə, Makedoniya Türkmənistan rəssamlarının, keramika foto ustalarının işləri nümayiş etdirilib. Rəsm fotolarda maraqlı peyzajlar, tarixi şəxsiyyətlərin müasirlərimizin obrazları əks olunub.

Tədbirlərə Makedoniya, Bosniya Herseqovina, Macarıstan, Bolqarıstan kimi ölkələrdən nümayəndələrin qatılmasının əlamətdar fakt olduğunu deyən şöbə müdiri əlavə etdi ki, TÜRKSOY çərçivəsində beynəlxalq əməkdaşlıq təkcə bu təşkilatın üzvü olan ölkələri deyil, başqa dövlətləri xalqları da əhatə edir.

 

* * *

Nümayəndə heyətləri şəhərin tarixi məkanları, abidələri ilə tanış olublar, “Qədim MərvDövlət Tarix-Mədəniyyət Qoruğuna baş çəkiblər. Sultan Səncərin məqbərəsi, Xoca Yusif Həmədani məscidi, qədim Ərk qalası Qız qalası ilə tanışlıq onlarda zəngin təəssürat yaradıb.

 

    

 

Fikrət Babayev səfər çərçivəsində nümayəndə heyətimizin TÜRKSOY-un rəhbərliyi, digər ölkələrdən gələn nümayəndələr, habelə 2013-cü ildəTürk dünyasının mədəniyyət paytaxtıolmuş Əskişəhərin təmsilçiləri ilə görüşlər keçirdiyini bildirdi.

Söhbət əsnasında gələcəkdə Azərbaycan şəhərlərindən birininTürk dünyasının mədəniyyət paytaxtıolması barədə müzakirələrin getdiyini deyən Fikrət Babayev bildirdi ki, bu layihələr türk xalqlarının mədəniyyətinin bir-birinə qovuşmasına xidmət edir: “İl ərzində Marı şəhərində çoxsaylı tədbirlərin, elmi konfransların, sərgilərin, konsertlərin, “Türkvizyonmahnı müsabiqəsinin keçirilməsi planlaşdırılır. Bu, türk dünyasına xidmət edən bir layihədir hesab edirik ki, davam etməlidir. Əlbəttə, bu layihədə Azərbaycan hər zaman öz sözünü deməyə hazırdır. Biz bu layihələrdə həmişə fəal iştirak etmişik güman edirəm ki, bundan sonra da belə olacaq”.

Qeyd edək ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov ölkəmizin nümayəndə heyətininMarı - Türk dünyasının mədəniyyət paytaxtıilinin açılış tədbirlərində yüksək səviyyədə iştirakına görə Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayevə minnətdarlığını bildirib nümayəndə heyətindən nazirə xoş arzularını çatdırmağı xahiş edib.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 9.