“Muğamşünaslığın
aktual problemləri”
ADMİU-da elmi seminarlar
davam edir
Yanvarın 30-da Azərbaycan
Mədəniyyət və
İncəsənət Universitetində
(ADMİU) “Muğamşünaslığın
aktual problemləri” mövzusunda növbəti
elmi seminar keçirilib.
Seminarda
ADMİU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nemət Qasımov “Muğam ilə aşıq musiqisinin qarşılıqlı əlaqələrinə
dair”, Sevinc Əzizova “Üzeyir Hacıbəylinin əsərlərində
“Şur” muğamının
təfsirinə dair”,
AMEA-nın böyük
elmi işçisi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Sənubər Bağırova
“XXI əsr Azərbaycan
muğamı “Growing into Music” layihəsi prizmasından” və Nərmin Qaralova “Muğamşünaslığın
metodologiyasında müqayisəli
təhlilin əhəmiyyəti”
mövzusunda məruzələrlə
çıxış ediblər.
Muğam biliciləri, AMEA-nın və BMA-nın nümayəndələri, universitetin
müəllimləri, magistr
və doktorantlarının
iştirak etdiyi seminar
maraqlı diskussiya şəraitində keçib.
Mədəniyyət.- 2015.- 4 fevral.- S. 15.