“Bakı prosesi” beynəlxalq aləmdə dialoqetimada xidmət edir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalararası dialoq siyasətinin beynəlxalq miqyasda təbliğ etmək məqsədilə ABŞ-ın Nyu-York şəhərində “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat tədbirləri keçirilib. Yanvarın 29-da tədbirlər çərçivəsində Nyu-Yorkda III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası təşkil olunub.

İclasda Azərbaycan nümayəndə heyəti, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Koventri Universitetinin Sülh, EtimadSosial Münasibətlər İnstitutunun nümayəndələri iştirak ediblər.

Əvvəlcə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək dünyada mühüm beynəlxalq qurumları bir yerə toplayan yeganə təşəbbüs kimi “Bakı prosesinin əhəmiyyətini, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq səviyyədə mədəniyyətlərin və dinlərin dialoquna, etimadın yaranmasına xidmət etdiyini qeyd ediblər.

Nazir Əbülfəs Qarayev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Forumdan gözləntilər böyükdürbu ilin mayında üçüncü dəfə gerçəkləşəcək qlobal tədbir müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri üçün mehriban birgə yaşamadialoq mədəniyyətinin inkişafında irəliyə doğru mühüm addım olacaq.

Sonra işçi qrup işini BMT-nin Sivilizasiyalar Alyansının sözçüsü Nihal Saad və Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadənin həmsədrliyi ilə davam etdirib. Forumun hər bir tərəfdaş beynəlxalq qurumunun nümayəndəsi təmsil etdikləri təşkilatın təklif və təşəbbüslərini diqqətə çatdırıb. Forum çərçivəsində BMT-nin 2015-ci ildən sonrakı inkişaf gündəliyi, mədəniyyət, dinekstremizm meylləri, turizm, miqrasiya, təhsil, mədəniyyətlərarası bacarıqların təşviqi, insan təhlükəsizliyi, gənclər və sosial media, mədəniyyət və mədəniyyətlərarası dialoq şəhərləri, multikulturalizm və digər bu kimi mövzularda plenarişçi sessiyaların təşkili, beynəlxalq qurumlar və hökumətlər arasında əməkdaşlıq sinerjisinin gücləndirilməsi üçün layihələrin irəli sürülməsi nəzərdə tutulur.

İşçi qrupun görüşündə tədbirin yekun proqramının fevral ayının 15-dək hazırlanması qərara alınıb.

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 8.