Elçin Əzizov “Metropoliten
Opera” səhnəsində
Azərbaycanın
tanınmış opera
ifaçısı, Əməkdar artist,
beynəlxalq müsabiqələr laureatı, Rusiya
Böyük Teatrının solisti Elçin Əzizov
yanvarın 26-da Nyu Yorkun
"Metropoliten Opera"
səhnəsində Pyotr Çaykovskinin
"İolanta" operasının
premyerasında çıxış edib.
Tamaşanı ABŞ-da səfərdə
olan mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev də izləyib.
Elçin Əzizov dünyanın ən nüfuzlu səhnələrindən birində təqdim olunan "İolanta" operasında əsas rollardan birini - mavritaniyalı həkim Ebn Hakianın partiyasını böyük müvəffəqiyyətlə ifa edib. Premyerada Elçin Əzizovla yanaşı, məşhur opera ifaçılarından Anna Netrebko da çıxış edib.
Amerika mətbuatı “Metropoliten Opera”da “İolanta”nın premyerasını “çox gözəl tamaşa”, “parlaq ifa” kimi rəylərlə qiymətləndirib.
Tamaşada əsas partiyaları Anna Netrebko, Pyotr Beçala, İlya Bannik, Aleksey Markov və Elçin Əzizov ifa ediblər. Dirijor pultunda isə maestro Valeri Georgiyev olub. Əsərin quruluşçu rejissoru Mariuş Trelinskidir.
Tamaşaçıların diqqətini çəkən məqamlardan biri də səhnə quruluşu olub. Səhnədə 3D effekti yaradılıb, mərkəzdə isə əsas hadisələrin baş verdiyi açıq otaq yerləşib.
Premyera
“Metropoliten Opera”nın www.metopera.org saytında
canlı yayımlanıb.
Sonda aparıcı
ifaçıların çox
gözəl səslərinin
olduğunu vurğulayıb
və əlavə edib ki, Elçin
Əzizov “Metropoliten
Opera” səhnəsinə çıxan
ilk azərbaycanlıdır.
“İolanta” operası
fevralın 14-dək davam
edəcək.
Qeyd edək
ki, Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində təhsil
alıb. 2005-ci ildən
başlayaraq vokal ifaçılığı üzrə
görkəmli müğənnilərdən
dərs alıb və təcrübə (Zalsburq "Mozarteum" Universitetinin yay akademiyası (Riçard Millerin sinfi), Bakıda Ş.Məmmədova
adına Opera Studiyası (Azad Əliyev),
Moskvada Qalina Vişnevskayanın Opera İfaçılığı
Mərkəzi (Badri Maysuradze) keçib. 2008-ci
ildən Rusiya Akademik Böyük Teatrının solistidir. Vokalçıların Bülbül
adına III beynəlxalq müsabiqəsinin
(Bakı, 2005), Qalina Vişnevskayanın opera artistləri
II beynəlxalq müsabiqəsinin
(Moskva, 2008) laureatıdıdır.
Mədəniyyət.- 2015.- 4 fevral.- S. 6.