Dram Teatrında “Keçmişdən
zəng”
Yanvarın 30-da Akademik Milli Dram Teatrında Ukrayna yazıçısı Anatoli
Krımın eyniadlı pyesi əsasında
gənc rejissor Ər-Toğrulun quruluşunda hazırlanmış
“Keçmişdən zəng” tamaşasının
premyerası olub. Pyesi
Azərbaycan dilinə Dilsuz tərcümə
edib. Janrı birhissəli tragikomik
virtual oyun kimi müəyyənləşdirilmiş
tamaşanın quruluşçu rəssamı
Samirə Həsənova, musiqi tərtibatçısı
Kamil İsmayılov, işıq üzrə
rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənovadır.
Rolları Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Rəşad
Bəxtiyarov və Elnar Qarayev
ifa edirlər.
Mədəniyyət.- 2015.- 4
fevral.- S. 3.