Xalqımın toy kimi bir adəti var...

 

Ordubad toyları maraqlı xüsusiyyətləri ilə fərqlənir

 

Ölkəmizin regionları milli adət-ənənələrin, ayin mərasimlərin özünəməxsus cəhətləri ilə seçilir. Ordubad da zəngin mətbəxi, qədim adət-ənənələri olan bölgələrimizdəndir. Bölgənin toy-düyünü minillik dəyərlərin əsas elementlərini özündə yaşadır. Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Səadət Məmmədova ilə söhbətimiz bu barədədir.

 

- Səadət xanım, Ordubadın toy mərasimləri hansı xüsusiyyətlərə malikdir?

- İnsan həyatında mühüm yer tutan toyun bir sıra əxlaqi estetik keyfiyyətləri özündə birləşdirən mərasimləri var. Azərbaycanın bütün tarixi-etnoqrafik zonalarında olduğu kimi, Ordubad rayonunda da toy mərasimi bir neçə mərhələdən ibarətdir. Əvvəlcə oğlanın valideynləri hər hansı bir qızı oğluna almaq üçün niyyət edir. Bu məqsədlə çaylaqdan bir daş gətirib evin küncünə qoyar gözləyərlər. Əgər yaxın müddət ərzində ailənin həyatında xoşagəlməz bir hadisə baş verərsə, daşı küncdən götürüb atırlar. Bununla da niyyət pozulur. Bu da sirr olaraq ata ana arasında qalır. Əksinə, daşın küncə qoyulmasından sonra ailənin həyatında hadisələr yaxşılığa doğru gedərsə, demək, bu, niyyətin xeyirli olduğuna işarədir. Bu halda valideynlər niyyətlərini ailənin digər üzvlərinə, qohum-əqrəbalarına bildirərlər.

İlk olaraq oğlanın anası, bacısı yaxud xalası elçi gedir. Bu elçilik gizli keçdiyi üçün bunaağızaramada deyilir. Məsələni qızın atasına yaxud onu əvəz edən ailə başçısına çatdırmaq xahiş olunur. Əgər qızın atası bundan imtina edirsə, niyyət baş tutmur məsələ bağlanmış olur. Buna el arasındabir daş altdan, bir daş üstdəndeyirlər. Qız evinin rəyi müsbət olduğu halda isə təyin olunan gün oğlanın qohum dostları arasından seçilmiş nüfuzlu adamlar elçiliyə gedirlər. Oğlanın atası öz adamlarının arasından bir nəfərivəkilseçir. Qız tərəfindən vəkiltəyin olunur. Sonrakı mərhələlərdə elçiliyivəkillərdavam etdirirlər. Çünki bəzəncavabı iki-üç elçilikdən sonra verilir.

- Tərəflər razılığa gəlirsə, proses sonra necə davam edir?

- Növbəti elçilik vermə”, “söz kəsdi”, “söz almaq”, “bəlgə yaxudnişanadlanır. Əvvəlki elçiliklərdən fərqli olaraq, bu zaman elçilərin sayı bir qədər çox olur. Qız üçün bir ədəd qırmızı qaşlı qızıl üzük bir ədəd baş örtüyü - “çarqat” (yaylıq) gətirilir. XX əsrin 60-cı illərindən başlayaraq qırmızı qaşlı üzükbarmaqcıq”, qaşsız üzüklə əvəz olunur. Qız tərəfinin vəkilideyəndən sonra oğlanın bacısı xonçaları açır üzüyü qızın barmağına taxır, yaylığı da başına örtür. Qızın anası üzük taxana hədiyyə verir. Bundan sonra xonçalardakı şirniyyatlar hamıya paylanır. Buna daağız şirinetmədeyilir.alınandan şirni içməmərasimindən sonra, yəni birinci həftənin şənbə günüşənbə tabağı yaxudişıqlıqadlanan mərasim keçirilir. “Şənbə tabağı”na güzgü, lampa, qızıl zinət əşyaları, paltarlar şirniyyat qoyulur. Bu ərəfədə oğlanınvəkil”i kəbin kəsdirir. Bu da oğlanın qız evinə ayaqaçdısı hesab olunur.

- Toya hazırlıq zamanı hansı ayinlər icra olunur?

- Toydan bir gün əvvəl oğlan evi qız evinə xına göndərir. Qızın yanına həmin gecə cavan qızlar yaxın rəfiqələri ziyafətə dəvət olunur. Bu mərasimqız başıadlanır. Camda isladılmış xına gəlinin başına, əlləri ayaqlarına yaxılır. Xınayaxdımərasimi çox şən maraqlı keçir. İştirakçılar çalıb-oxuyurlar kişi paltarı geyinib oyun göstərirlər.

Gəlinin ata evindən çıxmasından dörd saat əvvəl oğlan evindən qadın nümayəndələr gəlib gəlini bəzəyirlər. Buna da el arasında gəlin bəzəyi - “qaş aldıdeyirlər. Gəlin köçən günü qız evində çalıb-oynayırlar. Oğlan tərəfi musiqinin müşayiəti ilə qız evinə yaxınlaşanda, buradakı musiqiçilər öz yerini oğlan evinin musiqiçilərinə verir. Ordubad rayonunda gəlini axşam saat 10-11 radələrində gətirirlər. Gəlin evdən çıxan zaman məcməyidə bir neçə şam yandırır üstünə süzgəc çevirirlər. Başına qırmızı yaylıq salan gəlin bu süzgəcin üstünə çıxır. Oğlanın bacısı gəlinin başının üstünə yeddi cür ipək parçanı qayçı ilə doğrayıb tökür. Bu simvolik olaraq gəlinin dilinin gödək olması üçün icra olunur. Gəlinin qaynı isə onun belini bağlayır. Bu ayin rəmzi olaraq gəlinin belinin möhkəm olması bununla yeni nəsil gətirməsi mənasını daşıyır.

Daha sonra qaynı gəlinin başına imkanına görə pul qoyur. Bu dasüd puluadlanır gəlinin anasına çatır. Sonra gəlinin yaxınlarından biri (atası, əmisi s.) qıza xeyir-dua verir. Oğlan qız yengələri gəlini süzgəcdən düşürüb, birinin əlində güzgü, o birinin əlində yanan lampa qoluna girib evdən çıxarırlar. Bu da gəlinin yolunun işıqlı olması deməkdir.

- Gəlin yeni ocağa gələndən sonra yerinə yetirilən adətlər ilə fərqlənir?

- Gəlin onun üçün hazırlanmış otağa keçir, amma oturmur. Çünki adət üzrə qayınana-qayınata onadiz dirəyiverməlidir. Diz dirəyiüçün müxtəlif hədiyyələr (üzük, palaz, inək, arı pətəyi s.) vəd olunandan sonra o əyləşir. Əgər gəlin gələn həyətdən çeşmə axırsa, ondabu çeşmə sənin olsun”, yəni həyatın su kimi axarlı aydın olsun deyilir. Gəlinlə gələn yengələr üçün çay süfrəsi açılır. Gəlin üçün şirin çay gətirilir. O, çaydan bir qurtum içir, sonra oturanların hərəsi bu çaydan içib dağılışırlar. Qızla gələn yengələr oğlanın valideynlərinə gözaydınlığı verirlər. Bu daxətircamlıqadlanır. Xətircamlıqüçün oğlan evi yumurta çilov bişirib bəy-gəlinə verirlər.

Toy gününün səhərisiduvaqqapmamərasimi keçirilir. Bu mərasimə oğlan evinin qonaqları ilə bərabər qız evindən adamlar dəvət olunur. Süfrəyə beş nimçə ballı qayğanaq südaşı qoyulur. Bu da “toy beçəadlanır. Yengələr gəlinin başına qırmızı duvaq salır qonaqların arasına gətirirlər. Bir oğlan uşağına iki oxlov verilir. O, oxlovla gəlinin başından duvağı götürüb bar verən ağacın başına atır. Beləliklə, mərasim başa çatır, gəlin ailənin üzvü hesab olunur.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 15.