Qədimlik və
təbii gözəllik məkanı
“The Washington Times” qəzetində Tovuz rayonundan bəhs edilib
ABŞ-ın “The Washington Times” qəzetində “Tovuz, qədimlik və təbii gözəllik məkanı” sərlövhəli məqalə dərc edilib. Məqalədə Azərbaycanın Tovuz rayonundakı qədim tikililər, Hacı Bağır məscidi, Kirzan məbədi və digər abidələr haqqında məlumat verilir.
Yazıda bölgənin turizm
imkanlarından da söz
açılır və qeyd edilir ki, rayon
dağlıq əraziləri kəşf etməyi xoşlayan təbiətsevərlər üçün əlverişli məkandır.
Həmçinin rayonun zəngin flora və faunası barədə bəhs edilir. Bildirilir ki, rayonun Çataq
kəndindəki Turşsu bulağının
müalicəvi suyu sağlamlıq üçün faydalı olan
minerallarla zəngindir. Müəllif rayonun şərabçılıq sənayesi,
“Tovuz-Baltia” şərabçılıq
şirkəti barədə məlumat verir,
Tovuzun zəngin mətbəxindən də
söhbət açır.
Mədəniyyət.- 2015.- 6
fevral.- S. 9.