Təndir qədim
süfrə mədəniyyətimizin göstəricisidir
Özbək və qırğız mətbuatında məqalə yayılıb
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyin birinci katibi Samir Abbasovun “Təndir - Azərbaycan xalqının maddi mədəniyyət nümunəsi və zəngin süfrə mədəniyyətinin göstəricisi” məqaləsi özbək və qırğız mətbuatında geniş yayılıb.
Rus dilində məqalə Özbəkistanın silkway.uz, uchildiz.uz, Qırğızıstanın www.vatanpress.com, www.ahiskapress.com saytlarında yerləşdirilib.
Müəllif yazır: “Təndir köçəri xalqın deyil, oturaq xalqın dəyəridir. Qafqazda oturaq xalq olan azərbaycanlılar çörək və digər xörəklərin hazırlanmasında, habelə yaşadıqları evlərin qızdırılmasında təndirdən geniş istifadə etmiş və təndir bu gün də onların həyatının ayrılmaz hissəsinə çevrilmişdir”.
Azərbaycanda çörəkbişirmə mədəniyyəti
və onun tarixinə nəzər salan məqalə müəllifi min illər ərzində nəsillərdən-nəsillərə
ötürülmüş bu sənətə xüsusi
hörmət olduğunu qeyd
edir. Məqalədə Bakıda və
respublikanın regionlarında restoranların müştərilərə
təndir çörəyi və təndirdə hazırlanan bir sıra mətbəx nümunələrini
həvəslə təqdim etməsi də diqqətə
çatdırılır.
Mədəniyyət.- 2015.- 6
fevral.- S. 4.