Misir Mədəniyyət Mərkəzinin müdiri Əlyazmalar İnstitutunda olub

 

Əlyazmaların qarşılıqlı mübadiləsi məsələsi müzakirə edilib

 

Fevralın 6-da Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesiMisir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

Görüşdə institutun direktoru, AMEA Humanitarİctimai Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli qonağa elm ocağının tarixindən söz açıb. Öz növbəsində Misir Mədəniyyət Mərkəzinin müdiri bu qurumun yaranma tarixi, fəaliyyət istiqamətləri və kitabxanası haqqında məlumat verib.

Qonaq Misir Milli Kitabxanası və Arxiv İdarəsində bəzi azərbaycanlı ədiblərə aid əlyazmaların olduğunu və onların müqavilə əsasında mübadiləsinin mümkünlüyünü qeyd edib. Bundan əlavə, əlyazmaların bərpası ilə bağlı kursların yaradılmasına dair müzakirələr aparılıb.

Əhməd Sami Elaydi Əlyazmalar İnstitutundakı muzeylə də tanış olub. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

 

Mehparə

 

Mədəniyyət.- 2015. -11 fevral.- S. 15.