Yaponiyada mədəniyyət
festivalında stendimiz maraqla
qarşılanıb
Tokionun Mequro rayonunda müxtəlif xalqların nümayəndələrinin
iştirakı ilə mədəniyyət festivalı keçirilib. Mequro Beynəlxalq
Əməkdaşlıq Assosiasiyasının (MİFA) təşkil
etdiyi festivalda Azərbaycan
da təmsil olunub.
Yaponiya paytaxtının bu mərkəzi rayonunda bir çox ölkələrin diplomatik nümayəndəlikləri yerləşir. Diplomatik heyət adından çıxış edən Qırğızıstan səfiri Rısbek Moldoqaziyev layihənin müxtəlif xalqların həm yapon, həm də bir-birinin mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsində əhəmiyyətini qeyd edib.
Tədbir iştirakçıları rayon ərazisində yerləşən Azərbaycan, Qırğızıstan, Özbəkistan, Polşa, Nepal, Sudan, Cibuti və Keniya səfirlikləri tərəfindən hazırlanan sərgi ilə tanış olublar. Səfirliklərin təmsil etdikləri ölkələrin mədəni eksponatlarının, milli mətbəx nümunələrinin təqdim edildiyi stendlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Azərbaycan stendində milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində nəşr edilmiş çap məhsulları, “İRS-İsan” jurnalının nömrələri, Bakı mənzərələrinin əks olunduğu rəsmlər, milli mətbəximizin nümunələri tədbir iştirakçılarına təqdim edilib. “İpək Yolu” rəqs qrupunun ifa etdiyi tərəkəmə rəqsi alqışlarla qarşılanıb. Milli mətbəximizin ləziz nümunələri, şərablarımız, şəkərbura və paxlava iştirakçıların böyük marağına səbəb olub.
MİFA rəhbərliyi və tədbirə
qatılmış qonaqlar Azərbaycan stendinin yüksək səviyyədə təşkil
olunduğunu xüsusi
qeyd ediblər.
Mədəniyyət.- 2015.- 11
fevral.- S. 15.