Vaqif Sultanlının “İnsan
dənizi” romanı Misirdə nəşr olunub
Misir Mədəniyyət Nazirliyinin Milli Tərcümə Mərkəzi “Dünya ədəbiyyatı seriyasından” azərbaycanlı yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “İnsan dənizi” romanını nəşr edib. Kitabı ərəb dilinə Bakıdakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri, Azərbaycanla bağlı bir çox araşdırmaların müəllifi Əhməd Sami Elaydi çevirib. Nəfis şəkildə nəşr olunan kitabın sonunda Vaqif Sultanlının bioqrafiyası və tərcüməçi haqqında məlumat verilib.
Real və şərti-metaforik üslubun
qovuşuğunda qələmə
alınmış, hadisələrin ötən əsrin səksəninci
illərində cərəyan etdiyi romanda ölüm cəzasından
xilas olaraq yad bir şəhərdə
gizli ömür
sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin əxlaqına və mənəviyyatına
yoluxmuş özgələşmə problemi bədii həllini tapıb. “İnsan dənizi” romanı bu
günlərdə Qahirədə keçirilən 46-cı
beynəlxalq kitab sərgisində nümayiş etdirilib.
Mədəniyyət.- 2015.- 11
fevral.- S. 11.