“Azərbaycan mətbəxi”
beynəlxalq mükafata layiq
görülüb
Böyük Britaniyanın "Saqi Books" nəşriyyat evinin Tahir Əmiraslanov və Leyla Rəhmanovanın köməyi ilə hazırladığı "Azərbaycan mətbəxi" kitabı “Ən yaxşı Şərqi Avropa kitabı” və “Ən yaxşı yemək kitabı” kateqoriyasında “Dünya Qurman Yemək Kitabı 2014” mükafatına layiq görülüb. Yüzdən artıq dadlı yemək reseptləri ilə zəngin olan Azərbaycan mətbəxi bölgənin ekzotik və müxtəlif ləziz dadları üçün əla başlanğıc hesab olunur.
Qeyd edək ki,
əsası 1983-cü ildə Londonda qoyulan "Saqi Books" nəşriyyat evi
Şimali Afrika və
Yaxın Şərqdə akademik və
müxtəlif maraqlara uyğun
keyfiyyətli kitablar çap
edir.
Mədəniyyət.- 2015.- 11
fevral.- S. 8.