İrəvan
Dövlət Azərbaycan Dram
Teatrının aktrisası mükafatlandırılıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Səmayə Kazım qızı Nəbiyeva anadan olmasının 60 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. 1977-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayan aktrisa Ana Pəri ("Sən nə üçün yaşayırsan", H.Seyidbəyli, İ.Qasımov), Zabitə ("Atayevlər ailəsi", İ.Əfəndiyev), Foena ("Mənim qayınanam", Q.Xuqayev), Yelena ("Əkizlər", P.Pançev), Çinarə ("Əks-səda", N.Xəzri), Fatoş ("Hicran", S.Rəhman), Gülçöhrə ("Arşın mal alan", Ü.Hacıbəyli), Ziba ("Sərgüzəşti-vəziri-xani-Lənkəran", M.F.Axundzadə), Zibeydə ("Mürafiə vəkilləri", M.F.Axundzadə), İxtiyar ana ("Soyqırımı tarixinin dastanı", İ.Piriyev) və s. maraqlı obrazlarla tamaşaçı rəğbəti qazanıb.
Ömrünün 38 ilini sənətə həsr edən Səmayə
Nəbiyeva 1994-cü ildən Azərbaycan Dövlət
Televiziyasının solisti kimi
dövlət konsertlərində, mədəni tədbirlərdə
də fəal iştirak edir.
Mədəniyyət.- 2015.- 11
yanvar.- S. 6.