Turizm və Menecment Universitetinin ilk elmi şurasının iclası
keçirilib
Əbülfəs Qarayev: “Azərbaycan
Turizm və Menecment Universiteti turizm sənayesinin əsas təhsil ocağına və elmi tədqiqat mərkəzinə çevrilməlidir”
Fevralın 6-da Bakı Turizm Peşə Məktəbinin akt zalında Azərbaycan Turizm və Menecment Universitetinin ilk elmi şurasının geniş tərkibli iclası keçirildi. İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin məsul əməkdaşları,
Turizm və Menecment Universitetinin, Bakı Turizm Peşə Məktəbinin
müəllim heyətinin,
tələbə təşkilatlarının
nümayəndələri, ölkənin turizm sektorunun təmsilçiləri
iştirak edirdilər.
ATMU aparıcı dövlət
ali təhsil
müəssisəsinə çevrilməyi
planlaşdırır
Əvvəlcə Azərbaycan Turizm
və Menecment Universitetinin rektoru,
professor Cəfər Cəfərov
geniş hesabatla çıxış edərək
2006-cı ildə Azərbaycan
Turizm İnstitutu kimi fəaliyyətə başlamış ali məktəbdə
tədrisin təşkili,
2006-2014-cü illərdə əldə olunan nəticələr, bakalavr,
magistratura və doktorantura səviyyələrində
təhsil barədə
danışdı. Rektor
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 22 dekabr
2014-cü il tarixli sərəncamına
əsasən Mədəniyyət
və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradıldığını
diqqətə çatdırdı.
Bildirdi ki, bu sərəncam
ölkə rəhbərinin
Azərbaycanın gələcəyi
ilə bağlı düşüncələrinin, o cümlədən turizm sənayesinin inkişafına
göstərdiyi diqqətin
nümunəsidir: “Bu, eyni
zamanda 9 yaşlı ali məktəbin
yeni statuslu spesifik təhsil ocağı kimi uğurlu fəaliyyətini
dövrün tələblərinə
uyğun davam etdirməsi deməkdir. Bu bir faktdır ki, fəaliyyətə başladığımız ilk illərdən kollektivimizin
daha çox iş görmək arzusuna rəğmən mövcud maddi-texniki bazanın məhdudluğu
nəzərdə tutduğumuz
vacib məsələlərin
həllini çətinləşdirirdi.
İnanırıq ki, sərəncamda
nəzərdə tutulan
məsələlərin reallaşması
Azərbaycan iqtisadiyyatına
daha keyfiyyətli kadrlar hazırlamaq üçün böyük
imkanlar açacaq.
Turizm və Menecment Universitetinin yaradılması o deməkdir
ki, turizm aparıcı sahə olmaqla yanaşı, idarəetmənin başqa
sahələrində də
kadr hazırlığı
ilə bağlı bu ali təhsil ocağının
üzərinə vəzifələr
qoyulur. Universitetdə təhsilin bütün
mərhələlərində turizm və menecment üzrə kadrlar hazırlanacaq.
Bu, böyük bir etimaddır və onu doğrultmaq
üçün artıq
qüvvələr səfərbər
olunur».
Cəfər Cəfərov qeyd etdi ki, bu
gün ölkəmizdə
qeyri-neft sektorunun inkişaf strategiyasına uyğun olaraq turizm ikinci prioritet
sahə elan edilib. Məqsədyönlü dövlət siyasəti
nəticəsində bu
sahədə böyük
nailiyyətlər əldə
edib. 2003-cü ildən indiyədək Azərbaycanda əsas turizm göstəriciləri
3-5 dəfə artıb,
o cümlədən turizm
şirkətlərinin sayı
74-dən 270-ə, mehmanxanaların sayı 96-dan 530-a, yerləşdirmə
yerlərinin sayı
9500-dən 35 minə çatıb.
Ölkəyə gələn turistlərin
sayı 2 milyonu ötüb.
Rektorun sözlərinə görə,
turizm sahəsində davamlı inkişafın nəticəsi kimi, peşəkar kadrlara ehtiyac da sürətlə
artıb və bu ehtiyacın təmin olunması məqsədilə 2006-cı ildə
Azərbaycan Turizm İnstitutu yaradılıb:
“Tədris ocağı
ilk dərs ilində
200 tələbə, 1 fakültə
və 3 ixtisasla tədris fəaliyyətinə
başlamışdı. Hazırda
3 fakültə, 10 kafedrada
11 ixtisas üzrə bakalavriatura səviyyəsində
1527 nəfər, magistraturada
146 nəfər, doktoranturada
69 nəfər, ikinci ali təhsildə 27 nəfər və ilk peşə-ixtisas təhsili
üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas
üzrə 460 şagird
təhsil alır. Bu günədək 1031 bakalavr
və 33 magistr olmaqla 1064 nəfər məzunumuz olub, onlardan 97 nəfəri (94 bakalavr və 3 magistr) ikili diplom proqramına uyğun olaraq eyni zamanda Avstriyanın
İMC Krems Tətbiqi
Elmlər Universitetinin
diplomunu alıb».
Təhsil
müəssisəsinin xarici
əlaqələrindən danışan
Cəfər Cəfərov
30 xarici ali
məktəb, 34 beynəlxalq
təşkilat və şəbəkə ilə
əlaqələr qurulduğunu
diqqətə çatdırdı.
Qeyd etdi ki, istehsalat
təcrübəsinə xüsusi
önəm verilir, tələbələr Türkiyə,
İsrail, Şimali Kipr, Almaniya və Yunanıstanda peşə təcrübəsi
keçirlər.
Rektor
ATMU-nun qarşısında duran vəzifələrdən
də söz açdı: «Azərbaycan
Turizm və Menecment Universiteti mövcud ixtisaslar qalmaqla və yeni ixtisasların açılması şərtilə
yaxın 5-10 ildə beynəlxalq tələblərə
cavab verən, öz akademik şəhərciyi olan, beynəlxalq akkreditasiyadan keçən, 25-dən çox
ixtisas üzrə təxminən 6-8 min tələbəyə
malik, «tədris-təlim-təcrübə-tədqiqat»
modelinə əsaslanan
turizm və digər xidmət sahələrində aparıcı
dövlət ali təhsil müəssisəsinə
çevrilməyi planlaşdırır».
Kadr hazırlığının gücləndirilməsi
turizmin sürətli inkişafına təkan verəcək
İclasda çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev ötən ilin dekabrında ölkə Prezidentinin Mədəniyyət
və Turizm Nazirliyi sisteminin təkmilləşdirilməsi ilə
bağlı mühüm
sərəncamlar imzaladığını
vurğuladı. Bunlardan biri də Azərbaycan
Turizm İnstitutunun bazasında ali
təhsilin bütün
pillələrində turizm
və menecment sahələri üzrə
kadr hazırlığını
həyata keçirən
Turizm və Menecment Universitetinin yaradılmasıdır.
Nazirin sözlərinə görə,
universitetin yaradılması
ilə ölkədə
turizm sahəsində kadr hazırlığı
daha da gücləndiriləcək
və bu da turizm sahəsinin
sürətli inkişafına
təkan verəcək:
«Bu gün turizm sənayesi Azərbaycanda ən çevik inkişaf edən sahələrdən biridir.
Bu sərəncamlar Azərbaycanda mədəniyyət
və turizm sisteminin təkmilləşdirilməsinə
gətirib çıxaracaq.
Ölkədə teatrların, muzeylərin
fəaliyyəti də
ATMU-nun məzunlarının işi ilə bağlı olacaq. Çünki turistlərə müxtəlif
xidmətlərin göstərilməsində
mədəni xidmətlərin
yeri əvəzsizdir.
Biletlərin elektron satışı,
hotellərdə xidmətlərin
qurulması Azərbaycana
gələn qonaqların
və ölkəmizin
sakinlərinin mədəni
proseslərə bilavasitə
qoşulmasına imkan
verir. Turizmin inkişafı Azərbaycanın
tarixi irsi olmadan mümkün deyil, çünki bizim əsas sərvətimiz mirasımızdır
və bu mirası ölkəmizə
gələn qonaqlara təqdim etmək turizm sənayesinin ən vacib fəaliyyət
istiqamətlərindən biridir».
Nazir qeyd etdi ki,
Azərbaycan Turizm və Menecment Universitetində bütün
ixtisaslar üzrə menecerlər hazırlanacaq:
«Çünki biz məhdud
turizm ixtisasları ilə gələcəyə
baxa bilmərik. Mədəniyyəti, turizmi və
digər xidmətləri
əhatə edən peşəkar menecerlər
hazırlanmalıdır. Ölkədə idarəetmə bacarığı
olan, geniş dünyagörüşünə malik, xarici dilləri
bilən menecerlərin
sayı azdır.
Bunun nəticəsi də ona gətirib çıxarır ki, məcbur olub böyük hotellərə
rəhbərlik etmək
üçün menecerlər
xaricdən dəvət
edilir».
Universitet
ixtisasartırma proseslərini
öz üzərinə
götürməlidir
Əbülfəs Qarayev qarşıdakı
illərdə universitetdən
gözləntilərini də
diqqətə çatdırdı
və bunun üçün bu ali təhsil
ocağı kollektivinin
daha çox çalışmalı olduğunu
vurğuladı: «Turizm
və Menecment Universitetində təhsil prosesinə sənayedən
təcrübəli adamların
dəvət olunması,
gənc kadrlardan, o cümlədən öz məzunlarından daha səmərəli istifadə
olunması bizim üçün önəmli
olmalıdır. Universitet kadr
hazırlığı və
ixtisasartırma proseslərini
öz üzərinə
götürməlidir. Bu, vahid bir sistemdə olmalıdır.
Hoteldə çalışan insan bu gün
hotelçilik sistemində
hansı yeniliklərin
tətbiq olunduğunu
bilməlidir. Bu gün insanlar turizm şirkətlərinin
fəaliyyətini tamamilə
başqa cür görürlər. Bu sahədə
çalışan insanlar
kurslar vasitəsilə
öz ixtisaslarını
artırmalı, yeniliklərlə
tanış olmalıdırlar.
Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti cəmi 15 ilə ölkənin ən qabaqcıl tədris ocaqlarından birinə çevrilib. Biz də 9 ilə çox nəticələr əldə etmişik. İndi gələcəyə baxmalıyıq. Bu gün artıq Azərbaycanın turizm və mədəniyyət şəbəkəsi kifayət qədər genişlənib. Turizm və Menecment Universiteti hotellərlə yaxından əlaqələr qurmalıdır və hesab edirəm ki, hotellər universitetlə müqavilə bağlamalıdırlar, bəzi dərslər hotellərdə keçilməlidir. Bundan əlavə, hotellərdə təşkil edilən kurslar da bu universitetin proqramları ilə uyğunlaşdırılmalıdır. Bu, çox gözəl bir sistem olar. Bir sözlə, Azərbaycan Turizm və Menecment Universiteti turizm sənayesinin əsas təhsil ocağına və elmi tədqiqat mərkəzinə çevrilməlidir».
Elmi şuranın iclası cari məsələlərin müzakirəsi ilə davam etdirildi.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 11
fevral.- S. 5.