Türkiyədə
Firəngiz Əlizadənin müəllif konserti
Türkiyənin Adana Böyük Şəhər Bələdiyyəsinin konsert salonunda görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor Firəngiz Əlizadənin müəllif konserti olub. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, konsert Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilib.
Azərbaycanın tanınmış dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun idarə etdiyi Çukurova simfonik orkestrinin
iştirakı ilə “Türk-Azəri dostluq
konserti”ndə Firəngiz Əlizadənin “Metomorfoz”
əsəri, həmçinin “İntizar”
operasından parçalar səsləndirilib.
Operadan ariyaları Gülnaz
İsmayılova, Səbinə Əsədova və Tolqa Erden ifa
ediblər.
Mədəniyyət.- 2015.- 11
fevral.- S. 4.