Milli Məclisin Mədəniyyət komitəsinin iclası

 

Fevralın 6-da Milli Məclisin mədəniyyət komitəsinin 2015-ci ildə ilk iclası keçirilib. Komitə sədri Nizami Cəfərov qeyd edib ki, bu il komitədə “Aşıq sənəti”, “Muğam sənəti”, “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları” “Kinematoqrafiya” haqqında və digər qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

Sonra iclasın gündəliyində duranTeleviziyaradio yayımı haqqında” Qanunda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb. Dəyişikliklər Milli TeleviziyaRadio Şurasının səlahiyyətlərinin artırılmasını nəzərdə tutur. Dəyişikliklərə əsasən, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır.

İnzibati Xətalar Məcəlləsində ediləcək dəyişikliklərə əsasən, televiziyaradio yayımı ilə bağlı müvafiq maddələrdə nəzərdə tutulmuş sanksiyalar artırılır.

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 3.