57-ci “Grammy” mükafatı təqdim olunub

 

ABŞ-ın Los-Anceles şəhərindəki “Staples Center”də musiqi dünyasının ən nüfuzluGrammy” (Grammy Awards) mükafatının 57-ci təqdimetmə mərasimi keçirilib.

 

İlin mahnısı” və “İlin səs yazısı” kateqoriyasında mükafatın sahibi britaniyalı Sem Smit olub. Ona bu uğuruStay with Me” kompozisiyası gətirib. Mərasimdə ona həmçinin “Ən yaxşı yeni ifaçı” mükafatı da təqdim olunub. Beləliklə də o, müsabiqənin ən nüfuzluböyük dörd” nominasiyanın üçünə sahib olub. Bu dördlüyə “İlin səs yazısı”, “İlin albomu”, “İlin mahnısı” və “Ən yaxşı yeni ifaçı” nominasiyaları aid edilir.

İlin ən yaxşı albomu” nominasiyasında “Grammy” mükafatına amerikalı müğənni və bəstəkar Bekin (Hensen) “Morning Phasediski layiq görülüb.

Qeyd edək ki, budəfəki “Grammy” mükafatlandırılması Azərbaycan musiqisi üçün də əlamətdar hadisə ilə yadda qalıb. Məşhur Amerika skripkaçısı Hillari Han (Hilary Hahn) “Deutsche Grammofon” studiyasında yazılan albomu ilə “İlin ən yaxşı kamera musiqisi” nominasiyasının qalibi seçilib. Müxtəlif bəstəkarların 27 musiqi nümunəsinin yer aldığı alboma Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin «İmpuls» əsəri də daxildir. Azərbaycanlı bəstəkarın əsəri albomda 1-ci sıradadır.

Qeyd edək ki, “Grammy” mükafatı ilk dəfə 1959-cu ildə əfsanəvi ifaçı Frenk Sinatranın aparıcılığı ilə təqdim edilib.

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 2.