Misir haqqında kitabın təqdimatı
Fevralın 11-də Bakıdakı Misir Mədəniyyət Mərkəzində gənc tarixçi Çinarə Nağıyevanın “Misir dünən və bu gün” adlı kitabının təqdimatı keçirilib.
Mərasimi Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə attaşesi, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi açaraq iki ölkənin bir sıra sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Bakı Asiya Universitetinin rektoru Cəlil Nağıyev Misirin tarixi və mədəniyyətindən söz açan kitabın əhəmiyyətini vurğulayıblar.
Müəllif Çinarə Nağıyeva
kitabın məzmunu barədə məlumat verib.
Müəllifə Misir Mədəniyyət
Mərkəzinin fəxri fərmanı və medalı təqdim
edilib. Sonda tədbir iştirakçıları gənc rəssamların
Şərq mədəniyyətinə həsr edilmiş
əsərlərindən ibarət sərgi ilə
tanış olublar. ıları gənc rəssamların
Şərq mədəniyyətinə həsr edilmiş
əsərlərindən ibarət sərgi ilə
tanış olublar.
Mədəniyyət.- 2015.- 13
fevral.- S. 12.