Əlyazmalar İnstitutunun əməkdaşları
Türkiyədə olublar
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və institutun bir qrup alimi Qafqaz Müsəlmanları İdarəsinin və Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları ilə birgə Türkiyədə olublar.
Əlyazmalar İnstitutundan bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Yazma Əsərlər Qurumu Başqanlığını, Süleymaniyyə Kitabxanasını və Osmanlı Arxivini ziyarət edib, görülən işlərlə tanış olub.
Yazma Əsərlər Qurumunun nəzdində Kitab Şəfaxanası yaradılıb. Əsərlərin təmizlənməsi, cildinin bərpası və bu kimi işlər burada aparılır.
Osmanlı Arxivi müdirinin müavini, professor Mustafa Budak burada 96 milyondan çox arxiv materialının qorunduğunu bildirib. Qeyd olunub ki, bu materialların rəqəmsallaşdırılması davam edir. İndiyə qədər çəkilən sənəd fotolarının sayı 10 milyonu ötüb. Bərpa işləri ən müasir avadanlıq vasitəsilə aparılır.
Konya Bölgə Yazma Əsərlər Kitabxanasının müdiri Bəkir Şahin
kitabxana və burada
görülən işlər barədə məlumat verib. Azərbaycan nümayəndə heyəti
kağızın təmizliyi, bərpası, cildləmə ilə
bağlı təcrübə mübadiləsi aparıblar.
Mədəniyyət.- 2015.- 13
fevral.- S. 7.