“Kulturaplus”
internet televiziyasının təqdimatı
olub
Fevralın 11-də
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Yaradıcılıq Fondu və Bakı Slavyan Universitetinin təsis etdikləri “Mədəniyyət
Plyus” İctimai Birliyinin nəzdində yaradılan “Kulturaplus” internet
televiziyasının təqdimatı olub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə multikulturalizmin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər bu ideyanın meydana gəlməsində əsas rol oynayıb.
Yeni internet televiziyası vasitəsilə Azərbaycan həqiqətləri, ölkəmizdəki inkişaf prosesləri müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılacaq. “Kulturaplus” Azərbaycanın maarifçilik ənənələrinə uyğun olaraq keçmişimizi, milli-mənəvi dəyərlərimizi, mədəni irsimizi öyrənməyi, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin təbliğini qarşıya məqsəd qoyub.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə həyata keçirdiyi böyük layihələri ilə tanınır. Ölkəmizdə hər il multikulturalizm, mədəniyyətlərarası dialoq və digər mövzularda beynəlxalq tədbirlərin keçirilməsi heç də təsadüfi deyil.
İnternet televiziyada materiallar Azərbaycan, ingilis, rus və digər
dillərdə yayılacaq. Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyinin maddi-texniki dəstəyi ilə yaradılan televiziya dünyanın istənilən
nöqtəsindən müraciət
edilə bilən və bu zaman
dil baryeri ilə qarşılaşmayan
auditoriya üçün
açıq bir teleməkandır. Tamaşaçılar “Kulturaplus” televiziyasında
həm Azərbaycan, həm də bütövlükdə dünya
barədə maraqlı
verilişlər izləyəcəklər.
İnternet televiziyasında dünyanın
tanınmış şəxsiyyətlərinin
- siyasətçilərin, incəsənət nümayəndələrinin
və ictimai xadimlərin Azərbaycan haqqında fikirləri də səslənəcək. Bu, Azərbaycan həqiqətlərinin
daha effektiv yayılmasını təmin
edəcək. İnternet televiziyanın
fəaliyyətinə televiziya
və mətbuat sahəsində təcrübəsi
olan və ictimaiyyət tərəfindən
tanınan simalar cəlb edilib.
Mədəniyyət.- 2015.- 13 fevral.- S. 4.