Füzuli Dram Teatrında “Dünyanın
axırı”
Horadiz şəhər Mədəniyyət
sarayında fəaliyyət
göstərən Füzuli
Dövlət Dram Teatrında
bu il
ərzində bir sıra yeni tamaşaların hazırlanması
nəzərdə tutulur.
Teatrın direktoru, Əməkdar mədəniyyət
işçisi Vaqif Vəliyevin bildirdiyinə görə, hazırda Rəhman Əlizadənin
“Dünyanın axırı”
əsərinin və Xocalı soyqırımının
23-cü ildönümünə həsr olunan “Doğma Qarabağım, Xocalım mənim” adlı ədəbi-bədii
kompozisiyanın son məşqləri
gedir.
Direktor qeyd edib ki,
Füzuli rayonunun işğalı ilə əlaqədar olaraq teatr 1993-2003-cü illərdə
Sumqayıtdakı S.Vurğun
adına Mədəniyyət sarayında
fəaliyyət göstərib.
Məcburi köçkünlük
həyatına baxmayaraq,
kollektiv Sumqayıtda olduğu 10 il müddətində 40-dan çox
tamaşa hazırlayıb,
Şamaxı, Sabirabad,
İmişli, Saatlı,
Ucar, Kürdəmir, Biləsuvar, Zaqatala, Balakən və digər rayonlarda qastrol səfərlərində
olub. 2003-cü ilin noyabr ayında
teatr doğma rayona qayıdaraq Horadiz Mədəniyyət
evində fəaliyyətini
davam etdirib.
Teatrda 60-dan çox
əsərə səhnə
həyatı verilib. 2015-ci ilin
repertuarına Cəlil
Məmmədquluzadənin “Kişmiş
oyunu”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, Əli Əmirlinin “Xoşbəxt
gün” tamaşaları,
M.Muxtarovun “Yuxunda görərsən” tamaşaları
daxil edilib.
Mədəniyyət.- 2015.- 18 fevral.- S. 12.