“Bir əli torpaqda, bir əli haqda”
Fevralın 10-da Bərdə rayon Mərkəzi
kitabxanasının uşaqlara
xidmət şöbəsində
Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 65 illiyi münasibətilə
“Bir əli torpaqda, bir əli
haqda” adlı ədəbi-bədii gecə
keçirilib.
Əvvəlcə şöbənin müdiri
Sevda Süleymanova çıxış edərək
şairin həyat və yaradıcılığı
haqqında tədbir iştirakçılarına geniş
məlumat verib. Bildirilib ki,
Zəlimxan Yaqub müasir Azərbaycan poeziyasının görkəmli
simalarından biridir,
o bütün yaradıcılığı
boyu xalqına, millətinə, onun adət-ənənələrinə sadiq olub. Onun əsərləri hər zaman insanı ucalığa səsləyir,
həmin ucalıqdan hara baxırsan vətən oxunur. Zəlimxan Yaqub milli kökə
tam bağlı insandır.
Onun yazıb-yaratdığı söz
aləmində sazın
öz yeri var.
Tədbirdə çıxış edən rayon Gənclər
və İdman İdarəsinin məsul işçisi A.Qasımov
Zəlimxan Yaqubun bitib-tükənməyən söz
ehtiyatından, təbiətə
və insanlara məhəbbətindən söz
açıb, onun Azərbaycan dilinin gözəlliyini, dolğunluğunu
inkişaf etdirən, zənginləşdirən şairlərimizdən
olduğunu qeyd edib.
Fəal oxuculardan Fidan Həsənova, Xalidə Həsənli, Ayfar Atakişili, Günay Abbasova və başqaları şairin şeirlərindən nümunələr
söyləyiblər. 2 saylı musiqi məktəbinin müəllimi
Müzəffər Şükürov
Zəlimxan Yaqubun şeirlərini sazla ifa edib. Tədbirin sonunda Xalq şairinə
həsr olunmuş sənədli film nümayiş
etdirilib.
Mədəniyyət.- 2015.- 18 fevral.- S. 12.