Xocalı soyqırımına həsr olunmuş sərgi

 

Şirvan şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilməsi planlaşdırılıb. Fevralın 12-də bu silsilədən ilk tədbir - “Xocalı-23” adlı sərgi təşkil olunub. Tədbirdə şəhər 21 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Sərgidə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotoşəkillər və bu mövzuda yazılmış kitablar nümayiş etdirilib. Mərkəzin böyük elmi işçisi Aynur Fərzəliyeva sərgiyə bələdçilik edərək 23 il əvvəl erməni faşistləri tərəfindən törədilmiş dəhşətli soyqırımı haqda ətraflı məlumat verib, Azərbaycanın o zamankı rəhbərləri tərəfindən bu hadisənin ört-basdır edilməsi, faciənin miqyasının kiçildilməsi cəhdləri haqqında danışıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra Xocalı soyqırımına həqiqi qiymət verilib.

 

Eldar Qəmərli,

Şirvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin mətbuat katibi

 

Mədəniyyət.- 2015.- 18 yanvar.- S. 12.