“Leading Edge” jurnalının
Azərbaycana həsr olunmuş buraxılışı
Böyük Britaniyanın “Business Outlook” şirkətinin
aylıq nəşri olan "Leading Edge" jurnalının
fevral sayı Azərbaycana həsr olunub. "Leading Edge: Azerbaijan" başlığı ilə
nəşr olunan jurnalda əsasən
"Bakı-2015" I Avropa Oyunları ərəfəsində
ölkəmizin təbliğinə
yer verilib. Nəşrdə müxtəlif sahələrlə
yanaşı mədəniyyət
və turizm üzrə də müsahibələr və
məqalələr dərc
edilib. Jurnalın bu sayı
“Business Outlook” şirkəti və Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti
(SOCAR) arasındakı əməkdaşlıq
nəticəsində nəşr
olunub.
Fəxriyyə
Mədəniyyət.- 2015.- 18
fevral.- S. 9.