Ölkəmizin Rusiya ilə mədəni əlaqələri inkişaf edir

 

Mədəniyyət və turizm naziri qonşu ölkənin nümayəndə heyəti ilə görüşüb

 

Fevralın 17-də Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Quba rayonunda Rusiya Federasiyası Dağıstan Respublikasının mədəniyyət naziri Zarema ButayevaMoskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Tatyana Kuznetsovanın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Rusiya Federasiyası Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi, mədəniyyət və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi məsələləri müzakirə edilib.

Eyni zamanda bu ilin 18-19 may tarixində Bakı şəhərində keçiriləcək 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın nümayəndə heyətinin iştirakı, tədbir çərçivəsində müxtəlif simpoziumların keçirilməsi barədə söhbət açılıb, eləcə də mədəniyyət sahəsində təcrübə mübadiləsi aparılmasının zəruriliyi qeyd olunub.

Görüş zamanı, turistlərin regiona cəlb olunması, birgə turizm marşrutlarının yaradılması məsələləri də nəzərdən keçirilib.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 8.