Bakı Musiqi Akademiyasının 95 illik
yubileyinə həsr olunmuş konsert
Fevralın 11-də
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük
zalında Əməkdar incəsənət xadimi,
professor Tərlan Seyidovun
fortepiano sinfinin tələbələrinin
konserti keçirildi.
Bakı Musiqi Akademiyasının 95 illik yubileyinə həsr olunan tədbirlər silsiləsindən olan konsertin proqramı barokko dövründən XX əsrin musiqisinə qədər geniş diapazonu əhatə edirdi. Proqrama həm solo əsərlər - Frederik Şopen, Edvard Qriq, Moris Ravel, Ferens List və İohan Sebastyan Baxın musiqiləri, həm də ansambl əsərləri - Robert Şuman və Sergey Prokofyevin fortepiano konsertləri daxil idi.
Proqram magistratura şöbəsinin tələbələri, beynəlxalq və respublika müsabiqələr laureatları Tamara Xəlilova, Anna Biryukova, Firuzə Nəcəfli, Kamran Əliyev və III kurs tələbəsi Nigar Hüseynzadənin ifalarında təqdim olundu. Konsertdə həm də Tərlan Seyidovun keçmiş tələbələri - beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və professorun assistenti Nuranə Zeynalova iştirak edirdilər. Konsert alqışlarla qarşılandı.
Aytən İbrahimova,
BMA-nın elmi işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2015.- 18
fevral.- S. 8.