Üzeyir Hacıbəylinin nadir not yazıları muzeyə təhvil verilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr fonduna dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin öz
əli ilə qələmə aldığı
nadir not yazıları təhvil
verilib.
AMEA-dan verilən xəbərə görə,
not yazıları Azərbaycanda
sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə 1930-cu ildə
yazılmış “Himn”
və 1934-cü ildə
böyük fars şairi Əbülqasım
Firdovsinin anadan olmasının 1000 illiyi ərəfəsində ərsəyə
gəlmiş “Kantata”dır.
Mədəniyyət.- 2015.- 18 fevral.- S. 6.