ADMİU Beynəlxalq
Muğam Festivalına hazırlaşır
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində mart ayında Heydər
Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə gerçəkləşəcək
IV Beynəlxalq Muğam Festivalına həsr
olunmuş silsilə tədbirlər təşkil
olunur. Bu qəbildən
“Muğamşünaslığın aktual
problemləri” mövzusunda iki
seminar keçirilib.
Fevralın ikinci həftəsindən universitetdə ustad dərsləri və yaradıcılıq işlərinə start verilib. Yeddi əsas milli muğam dəsgahı hər həftə ADMİU-nun müəllimləri və tələbələrinin ifasında muğamsevərlərə təqdim ediləcək. Silsilə tədbirlər “Rast” dəsgahı ilə başlanıb.
Əvvəlcə muğam sənəti kafedrasının müdiri, Xalq artisti, professor Canəli Əkbərov “Rast” dəsgahı haqqında tarixi və nəzəri baxımdan qısa məlumat verib. Sonra əməkdar artistlər Bəsti Sevdiyeva, Zakir Əliyev və muğam sənəti və xalq çalğı alətləri ifaçılığı kafedralarının tələbələri “Rast” dəsgahını ifa ediblər. ADMİU-nun müəllimləri - xalq artistləri Zamiq Əliyev, Gülyanaq Məmmədova, Ağasəlim Abdullayev gənc xanəndələrin ifasını yüksək qiymətləndiriblər.
Növbəti həftələrdə xalq artistləri Mələkxanım
Əyyubova, Gülyanaq Məmmədova,
Simarə İmanova, əməkdar artistlər
Teyyub Aslanov, Ruzə İbişova və tələbələrinin
çıxışları nəzərdə tutulub.
Mədəniyyət.- 2015.- 18
fevral.- S. 6.