“Mən
poeziyanı sevirəm” şeir müsabiqəsinin
qalibləri mükafatlandırılıb
“Excelsior
Hotel Baku” hotelində
“AtaHolding” şirkətlər qrupu əməkdaşlarının
uşaqları arasında “Mən poeziyanı sevirəm”
şüarı altında şeir
müsabiqəsi keçirilib.
Müsabiqədə müxtəlif yaşlarda olan 30-dək uşaq iştirak edib. Müsabiqəyə təqdim olunan nümunələr münsiflər heyətinin üzvləri - Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, telejurnalist Səadət Məmmədova və “AtaSığorta” ASC-nin əməkdaşı Günel Rəsullu tərəfindən qiymətləndirilib.
Şeir müsabiqəsində ən yüksək balla Selcan Ağayeva birinci yerə, Nicat Əmirli və İlqaz Ayan ikinci yerə, Humay Həsənli, Əli Yusifzadə və Ömər Rzayev üçüncü yerə layiq görülüblər. Fərqlənən iştirakçılara hədiyyələr və “AtaHolding” ASC-nin sertifikatları təqdim edilib.
“AtaHolding” ASC-nin idarə heyətinin sədr müavini Rəşad Rəsullu qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd uşaqların poeziyaya diqqətini cəlb etmək, asudə vaxtlarının faydalı keçirilməsinə və onların bacarıqlarını üzə çıxarmaqdır.
Aksiya “AtaHolding”
ASC-nin sosial proqramlara, mədəniyyətin və incəsənətin
inkişafı sahəsində layihələrə, ölkədə
təhsilin səviyyəsinin yüksəldilməsi dəstəyinə
yönəldilmiş “Korporativ Sosial Məsuliyyəti” çərçivəsində
keçirilib.
Mədəniyyət.- 2015.- 18
fevral.- S. 6.