“İn
ilə Yan arasında”
Vəcihə Səmədova adına sərgi salonunda Afaq Hüseynovanın “İn ilə Yan arasında” adlı sərgisi keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Yaradıcı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə reallaşan sərgi müəllifin 60 illiyinə həsr edilib.
Mərasimdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və başqaları Afaq Hüseynovanın yaradıcılığından söhbət açıblar. Qeyd olunub ki, rəssam qrafika, rəngkarlıq, tətbiqi sənət, heykəltəraşlıq janrlarında əsərlər yaradıb. 10-dan çox fərdi sərgisi olub.
Əsərləri ABŞ, Fransa, Rusiya, İngiltərə, Almaniya, Türkiyə və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Sərgidə “Nar”, “Rəqs” adlı keramika seriyaları, miniatürlər, instalyasiyalar, batika nümunələri yer alıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru A.Hüseynova 1999-cu ildən Azərbaycan Yaradıcı Qadınlar Assosiasiyasının prezidentidir.
O, Bakı Xoreoqrafiya Məktəbinin
(indiki Bakı Xoreoqrafiya
Akademiyası) məzunudur, özünün
ilk sənətini unutmur.
Almaniyanın Xalq Universitetləri
Birliyi nəzdindəki Beynəlxalq Əməkdaşlıq
İnstitutunda dərs deyib,
hazırda 3 nömrəli uşaq evində
təlim aparır. 2008-ci ildən Azərbaycan Memarlıq və
İnşaat Universiteti
nəzdində “Fire” müasir
rəqs qrupuna rəhbərlik edir.
Mədəniyyət.- 2015.- 18
fevral.- S. 6.