Görkəmli rəssam
təltif olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin 18 dekabr tarixli sərəncamı ilə görkəmli rəssam Rafiq Əzizova "Əməkdar incəsənət xadimi" fəxri adı verilib. Rəssam təsviri sənətimizin inkişafında xidmətlərinə görə təltif olunub.
Fevralın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Əməkdar incəsənət xadimi" fəxri adının diplom və medalını sənətkara təqdim edib.
Rafiq Əzizov 1969-cu ildən İstanbul Yeditəpə Universitetində müəllim işləyir. 1983-cü ildən etibarən Türkiyədə və digər ölkələrdə 30-dək fərdi sərgisi keçirilib.
Türkiyə muzeylərinin fondlarında rəssamın
tarixi mövzuda
çəkdiyi 150-dən çox əsəri
var. Fırça ustası Azərbaycan Rəssamlar
İttifaqının və UNESCO Rəssamlar
İttifaqının üzvüdür.
Mədəniyyət.- 2015.- 18
fevral.- S. 5.