Nazir Xalq rəssamı
Fazil Nəcəfovu 80 illiyi
münasibətilə təbrik edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalq rəssamı, tanınmış heykəltəraş Fazil Nəcəfovu 80 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli Fazil müəllim,
Sizi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və şəxsən öz adımdan 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Yorulmaz yaradıcı fəaliyyətinizlə ardıcıl olaraq milli heykəltəraşlıq məktəbimizin inkişafına və onun geniş şəkildə təbliğ olunmasına xidmət etməyiniz sənətsevərlər tərəfindən həmişə yüksək qiymətləndirilir. 2014-cü ilin fevral ayında Bakı şəhərində ucaltdığınız dahi Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsi Sizin uzun illərin təcrübəsinə əsaslanan çoxşaxəli bədii yaradıcılıq fəaliyyətinizin bariz nümunəsidir.
Müxtəlif muzeylərdə nümayiş etdirilən əsərləriniz, milli heykəltəraşlıq məktəbimizin layiqli inciləri kimi böyüməkdə olan gənc nəslin bədii-estetik tərbiyəsinə verdiyiniz böyük töhfədir.
Ömrünüzün bu müdriklik və kamillik çağında Sizi
bir daha təbrik edir, cansağlığı, uzun
ömür və uğurlar
arzulayıram”.
Mədəniyyət.- 2015.- 18
fevral.- S. 5.