Poeziyamızın parlaq sənətkarı

 

“Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli sərəncamının icrası ilə bağlı Ağcabədi MKS-də tədbirlər planı hazırlanıb, bir sıra tədbirlər keçirilib. Mərkəzi kitabxanada keçirilən “Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan sənətkar” mövzusunda elmi-praktik konfrans da bu qəbildəndir.

Bəxtiyar Vahabzadə çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr vermiş, çağdaş milli şeirimizin klassiki zirvəsinə yüksəlmişdir. Onun poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. O bütün yaradıcılığı boyu özünü bütövböyük Azərbaycanın milli şairi kimi dərk etmişbu missiyanın daşıyıcısı olması ilə qürur duymuşdur. Xalqımız da ölməz sənətkarı ilə qürur duyur.

 

T.Məmmədova,

Ağcabədi rayon MKS-nin direktor müavini

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 13.