“Mən öz dastanımı yazıb gəlmişəm”
M.Ə.Sabir adına Göyçay rayon Mərkəzi kitabxanasında Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi ilə əlaqədar “Mən öz dastanımı yazıb gəlmişəm” adlı poeziya gecəsi keçirilib.
Tədbiri kitabxananın əməkdaşı
Səlmi Şıxalıyeva açaraq Zəlimxan
Yaqubun türk
dünyası tərəfindən sevilib-seçilən sənətkar
olduğunu bildirib. Pedaqoq, yazıçı-publisist Əkbər
Əliyev, R.Rzanın ev-muzeyinin müdiri Solmaz Rəhimova,
rayon Mədəniyyət və Turizm Şöbəsi Həmkarlar Təşkilatının
sədri Nəriman Məlikov şairin zəngin
yaradıcılığı haqqında fikirlərini
bölüşüblər. Vurğulanıb ki,
Z.Yaqub ifa etdiyi sazın təranəsi, oxuduğu
şeirin hikməti dayandığı
xitabət kürsüsünün ədalətli
səsidir. 3 saylı orta məktəbin
şagirdlərinin hazırladıqları ədəbi-bədii
kompozisiya maraqla
qarşılanıb. Sonda Göyçay
MKS-nin direktoru
Rövşən Balayev çağdaş
poeziyamızın dəyərli nümayəndələrindən
olan Z.Yaqubun ictimai fəaliyyəti haqqında məlumat verib, şairə cansağlığı
arzulayıb.
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 13.