Dur ayağa, məmləkətim!”

 

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Dəkkəoba kənd kitabxana filialı kənd orta məktəbi ilə birlikdə Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi ilə əlaqədar “Dur ayağa, məmləkətim!” başlığı altında ədəbi-bədii kompozisiya təşkil edib. Kitabxana filialının müdiri Z.Məmmədova, Dəkkəoba kənd orta məktəbinin direktor müavini S.Hüseynova şairin həyat və yaradıcılığı haqqında söhbət açıblar. Məktəbin 8-ci sinif şagirdləri Zəlimxan Yaqubun gözəl və dərin mənalı şeirlərindən nümunələr söyləyiblər.

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 13.