Özbək mətbuatında Şuşa haqqında məqalə

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın silkway.uzuchildiz.uz saytlarında "Şuşa - Azərbaycan musiqisi və ədəbiyyatının məbədi” adlı məqalə dərc olunub.

Müəllif yazır: “Dünyada elə şəhərlər var ki, hər daşı, hər küçəsi, hər məkanı musiqini xatırladır. Vyana Avstriyada, Neapol İtaliyada, Şuşa isə Azərbaycanda musiqi beşiyi hesab edilir. Bu şəhəri haqlı olaraq "Qafqazın konservatoriyası" adlandırmışlar”.

Şuşanın Azərbaycanda muğam sənətinin inkişafına təsirindən və oynadığı roldan söz açan məqalədə tanınmış şuşalılar, 23 ildir işğal altında olan şəhərin abidələri haqqında da məlumat verilir, 1977-ci ildə Şuşa şəhərinin tarixi hissəsinin UNESCO tərəfindən “Tarixi arxitektura qoruğuelan edildiyi qeyd olunur.

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 11.