Ankarada TÜRKSOY-un “Haldun Taner
ili”nin açılışı
1993-cü ildən
zəngin türk mədəniyyətinin təbliği
və tanıdılması
yolunda geniş fəaliyyət göstərən
TÜRKSOY təşkilatının ənənəvi layihələrindən
biri də türk dünyasının
görkəmli mədəniyyət,
ədəbiyyat, incəsənət
xadimlərinin şərəfinə
xatirə ilinin keçirilməsidir.
Təşkilat 2012-ci ili böyük
Azərbaycan mütəfəkkiri
və dramaturqu Mirzə Fətəli Axundzadəyə, 2013-cü ili
tanınmış qazax
bəstəkarı və
dirijoru Mukan Tölebayevə, 2014-cü ili
böyük türkmən
şairi Məhdumqulu Fərqai və qırğız ozanı Toktoqul Satılqanova ithaf etmişdi.
Ötən ilin noyabrında
Tatarıstanın paytaxtı
Kazanda gerçəkləşdirilən
TÜRKSOY Daimi Şurası
32-ci dönəm toplantısında
2015-ci il ünlü türk dramaturqu Haldun Tanerin 100 illiyi və xakas xalq dastançısı
Semen Kadışevin 130 illiyi
münasibətilə bu
şəxsiyyətlərin xatirə ili elan olunub.
Fevralın 24-də Ankara Opera Teatrında
TÜRKSOY-un “Haldun Taner
ili”nin açılışına
həsr olunmuş təntənəli mərasim
keçiriləcək. Mərasimə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət
və turizm naziri Ömər Çelik, türk respublikalarının nümayəndələri
qatılacaq.
Bu il anadan
olmasının 100 illiyi
qeyd edilən Haldun Taner Türkiyənin
tanınmış yazıçı-dramaturqu
və jurnalisti olub. Yazıçılıqla
yanaşı, İstanbul
Universiteti Qəzetçilik
İnstitutunda, Ankara Universiteti
dil, tarix, coğrafiya fakültəsində,
İstanbul Universiteti ədəbiyyat fakültəsində
ədəbiyyat, incəsənət
tarixi və teatr dərsləri verən Haldun Taner “Milliyət” qəzetində redaktor işləyib, 1986-cı ildə
İstanbulda vəfat edib.
Tədbirin bədii hissəsində
Ankara Dövlət Teatrı
və Samsun Dövlət
Opera və Balet Teatrının təqdimatında
Haldun Tanerin əsərlərindən parçalar
nümayiş etdiriləcək. Həmçinin sənətçinin əsərlərinin
yer aldığı sərgi düzənlənəcək.
Tədbir çərçivəsində ənənəvi olaraq türk mədəniyyət
və sənətinin
yaşadılmasına töhfə
verən media nümayəndələrinə
də TÜRKSOY-un mükafatları
təqdim ediləcək.
Mehparə Sultanova
Mədəniyyət.- 2015.- 20
fevral.- S. 9.