“Sotheby's”
hərrac evində azərbaycanlı rəssamın sərgisi
Londonda
“Buta” Azərbaycan incəsənəti festivalı
davam edir
Böyük Britaniyanın paytaxtındakı “Sotheby's” hərrac
evində tanınmış
azərbaycanlı rəssam,
milli təsviri sənətdə nonkonformizmin
banilərindən sayılan
Cavad Mircavadovun
(1923-1992) sərgisi açılıb. Sərgi “Buta” İncəsənət
Mərkəzinin təşkilatçılığı
ilə Londonda keçirilən II beynəlxalq
“Buta” Azərbaycan incəsənəti festivalı
çərçivəsində təşkil olunub.
Sərginin açılış mərasimində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
iştirak ediblər.
“Buta” İncəsənət
Mərkəzinin baş
direktoru Nəsib Piriyev həyata keçirdikləri layihələrdən
bəhs edib, ötən ilin noyabrından Londonda gerçəkləşən incəsənət
festivalının növbəti
tədbirləri haqqında
məlumat verib.
Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi
Fərəh Piriyeva Azərbaycanın istedadlı
rəssamlarının əsərlərinin
dünyada böyük
maraq doğurduğunu
diqqətə çatdırıb. Qeyd edilib
ki, Cavad Mircavadov Azərbaycan rəssamlarının ən
istedadlı nümayəndələrindən
biri olub. O, sənətsevərlər tərəfindən XX əsrin
görkəmli Azərbaycan
rəssamı kimi tanınır. Yaradıcılığı formaca müasirliyə,
məzmunca milli incəsənətin ənənələrinə
əsaslanır.
“Sotheby's” hərrac evinin
baş direktorunun müavini Lord Poltimore Azərbaycan incəsənətinin
dünya sənət aləmində özünəməxsus
yeri olduğunu qeyd edib. O, azərbaycanlı
rəssamın sərgisinə
ev sahibliyi
etməkdən məmnunluqlarını
ifadə edib.
Sonra sərgiyə
baxış olub. Sərgidə rəssamın “Tanrının
anası” (“Mother of God”, 1987) əsəri nümayiş
olunur. Burada həmçinin milli
Azərbaycan xalçaları
sərgilənir.
Londonda “Buta” Azərbaycan incəsənəti
festivalı mart ayında
yekunlaşacaq. Festivalın son tədbiri olaraq
Böyük Britaniya paytaxtında Novruz bayramı ilə bağlı mərasim keçiriləcək.
Mədəniyyət.- 2015.- 20 fevral.- S. 8.